PDF Oxu

Müxalifət

  • 13

Müxalifətin sonu çatıb

Müxalifətin sonu çatıb
Azərbaycan böyük siyasi dəyişikliklər dövrünü yaşayır. Bu ərəfədə müxalifət düşərgəsində qəribə proseslər gedir. Radikal düşərgədə gedən proseslər, onu deməyə əsas verir ki, onların ümumi məqsədi və maraqları yoxdur. Hazırda radikal müxalifət partiyaları bir neçə blokda və qurumda birləşiblər. Bu qurumlar arasında birlik yaratma cəhdləri heç bir nəticə verməyir. Üstəlik, belə ittifaqlarda birləşən partiyalar belə, heç öz aralarında vahid mövqeyə gələ bilməyirlər.
Özlərinin də etirafı etdikləri kimi, həqiqətən də, müxalifət partiyalarının özlərinin bir-biri ilə ciddi münaqişələri var və bu hamının bir yerdə olmasını əngəlləyir. Nəticədə "Əli aşından da oldular, Vəli aşından da". Bəs bölünməyən nədir? Axı, bu qüvvələrin hər biri yaxşı anlayır ki, nəinki təklikdə, hətta bütün müxalifət birləşsə belə, heç bir şansları yoxdur.
Məntiqlə düşünəndə belə çıxır ki, liderlər, sadəcə, siyasi oyun oynayırlar. Məqsəd, həmişə dediyimiz kimi, eyni idi - özünü xarici ağalara real müxalifət qurumu və siyasi güc mərkəzi kimi satmaq və bununla da ölkəyə axan qrantları ələ keçirmək.
Məhz buna görə də, bir çox partiyalar müxalifətin ümumi marağı naminə özlərinə edilmiş müraciətə rədd cavabı və heç bir ümumi qurumda birləşmədi. Məhz buna görə, bəzi partiyalar ayrıca qurumlar yaradıb digərlərini iqtidara satqınlıqda ittiham etdi.
Bütün müxalifləri siyasi mübarizə yox, yalnız pul və şöhrət maraqlandırırdı. Məsələn, Rauf Arioğlunun nə vecinədir ki, Müsavat dağılıb gedir, silahdaşları pis vəziyyətdə qalır. Bu adamın Novxanıda bir villası, bağı-bağçası var ki, iki (və ya dörd) göz istəyir ki, tamaşasına dura. Tanrı özünə qismət eləsin, handa bir milyonçunun elə bir həngaməsi yoxdur.
Əli Kərimov da eyni simalı zaddır. Bu adamın əlindən satqınlıqdan və xəyanətdən başqa nə gəlir ki? Görmədinizmi, o vaxt bu uşağı götürüb qoydular dövlət katibi, nə həngamə çıxardı. O boyda Xalq Cəbhəsini necə parçaladı. Deyilənə görə, xasiyyəti də yaman pisdir, heç kimlə yola getmir. Bu xasiyyətinə görə, onu heç müxalifət düşərgəsində də "priznavat" eləmirlər. Başını oralarda güclə girləyir.
Etibar Məmmədov da daha tamam qurtarıb. Yəni, siyasi cəhətdən. İqtisadi cəhətdən isə, durumu fəna deyil. O qədər onu-bunu aldatdı, nala-mıxa döydü ki, indi bir köpəyoğlu ona yaxın durmur. O da işini başa düşüb partiya sədrliyindən əkildi və özünü AMİP-in lideri elan etdi.
Rəsul Qulieyvə gəldikdə isə, bu adam haqda siz məndən də çox bilirsiniz. Amerikada şellənən bu adam Azərbaycanda ara qarışdırmağa can atır. İqtidardan qurtardı, keçdi müxalifətə, ağzına gələni yağdırır okeanın o üzündən. Bəzi "badbaxtlar" da onu özlərinə lider seçmişdilər. İndi peşman olublar, amma gecdir.
Yerdə qalır bir neçə böyük iddiaya malik kiçik "lidercik" ki, onlar haqda da heç yazmağa belə dəyməz. Bu adamlar dərəni xəlvət hesab eliyib, ortalığa atılıblar. Amma heç bir "zad" yeyə bilməyiblər.
Deyəcəksiniz, nə oldu, bəs, bu boyda müxalifət düşərgəsində bir əməlli adam yoxdumu, hamısını yıxıb sürüdün. Var! Niyə yoxdur? Əmma məsələ burasındadır ki, belələri papaq altında qalıb. Gözləyirlər ki, görək nə vaxt bu qocalar yorulub-usanıb, nə bilim utanıb meydanı tərk edəcəklər. Amma bu "qoca qurdlar" onlara imkan vermir. Belələri bir az qanacaqlı olurlar, böyük-kiçik yeri bilirlər. Adları? Onların adlarını gələn bu yaxınlarda biləcəksiniz. İndiki qoca liderlər xalq tərəfindən fitə basılaraq siyasi səhnədən birdəfəlik qovulandan sonra...

Digər xəbərlər