Müxalifət düşərgəsində bir-birlərinin ardınca məğlubiyyət xronologiyası davam edir. Bir çox radikal partiyalar parçalanır, bəzi partiyalar isə siyasi "fəaliyyət"lərini dayandırırlar. Radikal "bəy"lərin yarıtmaz fəaliyyəti öz tərəfdarlarının da səbrini tükəndirib.
Artıq radikal düşərgənin neçə illərdir ağır məğlubiyyətə düçar olması, müxalifət daxilində "bəy"lərin olan-qalan "imicinə" mənfi təsir göstərib. Artıq deyilənlər də öz təstiqini tapır ki, MÜXALİFƏT-ÖLÜ MÜXALİFƏTDİR. Bu, əslində, radikal düşərgədə baş verən proseslerdən qaynaqlanır. Hətta əksər sıravi müxalifət partiya üzvləri sədrlərinin istefasını tələb edirlər.
Ən ağır durum isə qeyri-səviyəyə malik olan və eləcə də, satqınçılıqla pul qazanan Əli Kərimovun rəhbərlik etdiyi AXCP (i)-dədir. Belə ki, sosial bazası olmayan, üzvlərinin sayı minimuma enən partiyada yenidən qara buludlar dolaşmaqdadır. Yəni, bir müddət öncə vurğuladığımız kimi, AXCP (i)-nin sədr muavini Fuad Mustafayev Ə.Kərimovla yollarını ayırmaq qərarına gəlib. O, bu istəyini reallaşdırmaq üçün isə donor axtarışlarına çıxıb. Bunun üçün F.Mustafayev xarici "dayılarına" müraciət edib. Lakin hələ də onlardan cavab almadığı üçün bu istəyini reallaşdıra bilməyib. Bunun üçün isə, AXCP (i)-nin sədr müavini əvvəlki istəyindən vaz keçərək, baş yol seçməyi qərara alıb.
F.Mustafayev hər vəchlə sədri Ə. Kərimovdan uzaqlaşmaq istəyir. O, bunun üçün bir müddət öncə AXCP (i)-nin Ali Məclis sədrliyindən istefa verərək, yeni partiya yaradan Qulamhüseyn Əlibəyli ilə bir araya gələrək, onunla birgə fəaliyyət göstərməyi qərara alıb. Bu isə AXCP (i)-nin satqın, ikiüzlü, siyasətdən uzaq sədri Ə. Kərimovu yamanca məyus edib. "Yurd" şefi müavini F.Mustafayeva hər vəchlə mane olmağa çalışır. Ona görə ki, F.Mustafayev özüylə bərabər AXCP (i)-də qalan 5-10 nəfəri də aparacaq və bununla da qeydolunan pariya tam olaraq siyasi səhnədən silinəcək, eləcə də, Ə.Kərimovun "siyasi fəaliyyət" erası bitəcək.
Beləliklə, öz çirkin əməllərinin, ikiüzlülüklərinin, satqınçılıqlarının nəticəsində MÜXALİFƏT DÜŞƏRGƏSİ MƏHV OLUR. Çünki Ə.Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ADP sədri Sərdar Cəlaloğlu Müsavat başqanı İsa Qəmbərov kimi "bəy"lərin rəhbərlik etdiyi düşərgə məğlubiyyətə, məhvə məhkumdur. Artıq yeni düşüncəyə, siyasi qabiliyyətə malik insanların və onların rəhbərlik edəcəyi sağlam müxalifətə ehtiyac var. Çünki hazırkı müxalifət partiyalarının və onların başında duran başıboş "bəy"lərin erası çoxdan bitib.