PDF Oxu

Müxalifət

  • 13

Sərdar Cəlaloğlu İsa Qəmbərovu ittiham edir

Sərdar Cəlaloğlu İsa Qəmbərovu ittiham edir
Son günlər müxalifət düşərgəsində daha çox dartışmalara səbəb olan "müxalifətin birlik" yaratmaq kampaniyası artıq müxtəlif məqəmlarda özünü əks effekt kimi göstərməkdədir.  Çünki uzun müddət öz aralarında heç bir müsbət mənada ümumi rəyə gələ bilməyən müxalifət partiyaları, indi birlikdə fəaliyyət üçün baş sındırır. Amma anlamaq olmur ki, bu birlik kimə və nəyə lazımdır? Bir çox məqamlarda qarşı-qarşı dayanmış bu partiyaların indi sakit formada ümumi rəyə gəlməsinin özü sadəcə olaraq, təəccüb doğurur. Artıq birlik yaranmamışdan yaranmış olan narazılıqlar və daxili çəkişmələr, bunu deməyə əsas verir ki, müxalifətin növbəti dəfə belə bir fikrə düşməsi özünün acı sonluğuna çatacaq. Hər dəfə müxtəlif bəhanələrlə ümumi rəyə gələ bilməyən müxalifət birlikləri, indi heç nə olmamış kimi yığışıb, bir-birinin üzünə gülməsi də, hələ ki, sual doğuran məsələlərdəndir.
Müxalifətin ümumi birliyi ətrafında yaranmış olan söz-söhbətlər, düşərgə daxilində daha çox nüfuz uğrunda çarpışan qurumlardan olan Azərbaycan Demokrat Partiyası və Müsavat partiyası arasında artıq yavaş-yavaş köhnə ədavətlərə yeni baxış keçirilir. Heç vaxt qarşılıqlı güzəştə getməyi bacarmayan müxalifət yetkililəri,  belə məqamda, ümumi rəyə gəlmələri də sual yaradırdı. Ona görə də, ADP sədri ilə Müsavat başqanı daha çox praqmatik məsələlərdə güzəştə getməyi bacarırdılar. Amma sonralar baş verən proseslər S.Cəlaloğlunun Rəsul Quliyevdən ayrılması və bundan başqa digər məsələlərin baş verməsi göstərdi ki, bu iki şəxs arasında yaranmış olun müvəqqəti münasibətlər, heç də, səmimi hisslərə köklənməyib. Uzun müddət mitinq və piketlərdə yan-yana yürümələrinə baxmayaraq, Sərdarla İsa heç vaxt xoş münasibətlərdə olmayıblar. Bir müddət "Bizim Azərbaycan" blokunda hər iki partiyanın təmsil olunması və sonradan yaranmış situasiyada bir-birinə qarşı yardım göstərməmələri də onların hansı bir məsələdə dərin konfliktdə olduqlarını nümayiş etdirirdi.
Xatırladaq ki, 2003-cü ilin prezident seçkilərində "Bizim Azərbaycan" blokunda təmsil olunan partiyalar İ.Qəmbərovun namizədliyini dəstəkləsələr də, S.Cəlaloğlu heç də onun üçün mitinq və piketlərdə başını dubinkanın altına vermirdi. Keçmiş liderindən ötürü özünü qana bulaşdıran S.Cəlaloğlu, sonradan başında yaranmış bərk ağırıların heç Rəsulun vediyi pulların qarşılığında daha güclü olduğunu dərk edərək ondan üz çevirdi. Özünü müstəqil siyasətçi kimi cəmiyyətə təqdim etmək istəyən ADP sədri, bu yolda da kemiş müttəfiqi İ.Qəmbərovla üzləşməli oldu. Çünki düşərgədə bir balaca irəli çıxaraq özünü təqdim etmək istəyən şəxs ya İsanın, ya da ki, Lalə Hacıyevanın hədəfinə tuş gəlir. Məhz bu səbəbdən də S.Cəlaloğlu İ.Qəmbərova müxalifət düşərgəsində ayrı-seçkilik salmaqda ittiham edir. O bildirir ki, müxalifətin normal bir məcraya yönəlməsi üçün İ.Qəmbərov kimiləri buradan uzuqlaşmalıdırlar.

Digər xəbərlər