PDF Oxu

Müxalifət

  • 12

Əhməd Oruc - Əli Kərimov qalmaqalı

Əhməd Oruc - Əli Kərimov qalmaqalı
Müəyyən bir müddətdir ki, müxalifət düşərgəsində təmsil olunan partiyalar, öz aralarındakı qarşıdurmaları bir kənara ataraq ortaq bir mövqe sərgiləmək üstündə baş sındırır. Bir çoxları bu birliyin yaranmasında maraqlı olsalar da, əksəriyyət bu cür formatda ümumi rəyə gəlməyin əleyhinədirlər. Amma maraqlı bir məqam isə ondan ibarətdir ki, müxalifət düşərgəsində daha çox güc nisbətində olan qüvvələr belə addımın mümkünsüzlüyünü birmənalı olaraq vurğulayırlar.
Çünki 16 ildən artıq bir zaman kəsiyində onlar məhz belə birlik və formatların yaranmasını qeyri-adi hal kimi qarşılayıblar. Tamamilə başqa-başqa qütblərə xidmət edən müxalifət qurumlarının indiki şəraitdə hər hansı formada ümumiləşməsi absurd görünür. Onlar daha çox məhz ölkə daxilində qeyri-sabitliyin yaranmasında maraqlı olduqları üçün, belə bir mənasız təklifə də məhz həmin prizmadan yanaşırlar.
Həqiqət isə ondan iabərətdir ki, istər indi, istərsə də on ildən sonra siyasi arenaya gələcək şəxs müxalifət düşərgəsində nə kimi proseslərin baş verməsində halidir. Bu mənada müxalifət dedikdə göz önünə, ilk növbədə, yalançı, avantürist, boş-boğaz adamların simasi gəlir. Çünki onlar zaman-zaman xalqa yalan danışaraq öz etimadlarını tamam itiriblər. İndiki şəraitdə isə onlaran gündə yüz oyundan çıxmaları, sadəcə olaraq, ikrah hissi ilə qarşılanır. Cəmiyyət artıq pisi-yaxşıdan seçməyi çox gözəl dərk edir. Bu baxımdan da, müxalifət anlamı artıq özünün bütün biabırçı simasını müxtəlif çalarları ilə göstərib. Eyni zamanda, unutmaq olmaz ki, bu düşərgədə təmsil olunanların özləri öz aralarında itlə pişik kimi bir-birinin ətini yeməyə belə hazırdırlar. Zaman göstərib ki, istənilən bir həlledici məqamda müxalifət özünün yetkinliliyini nümayiş etdirə bilməyib. Bunun bir səbəbi yuxarıda sadaladığımız prinsiplərlə bağlı olsa da, digər səbəbi şəxsi maraqlardan yaranan məsələlərdir. Heç birinə güzəştə getməyi bacarmayan müaxlifətdən cəmiyyət üçün nəsə xeyirli bir addım gözləməyin özü daha sadəlövh addım olardı. Bu baxımdan da, ümumi birlik yaratmaq eşqinə düşmüş müxalifət cəbhəsində yeni-yeni qarşılıqlar da yaranmaqdadır. "Azadlıq" blokunda özünü hakimi-mütləq hesab edən AXCP (i) sədri Əli Kərimov indi də "Demokratiya Uğrunda İttifaq"ın üzvlərindən olan "Azadlıq" partiyasının sədri Əhməd Orucun hiddəti ilə qarşılanır.
Onu da qeyd edək ki, elə müxalifətçiliyə başlayandan Ə.Kərimovu gözü görmək istəməyən Ə.Oruc indi məhz müxalifətin vahid birliyi yaranacağı təqdirdə, onunla bir masa ətrafında əyləşməyi özünə ar bilir. Burada digər bir məqam isə Ə.Orucla yaxın münasibətdə olan "KAXCP"-nin sədri Mirmahmud Fəttayevlə Ə.Kərimov arasında qanlı düşmənçilik münasibətlərinin olmasıdır. Çünki hər iki şəxs indiyə qədər AXC-nin bölüşdürülməsində və keçmiş liderləri olan mərhum Əbülfəz Elçibəyə xəyanətdə bir-birini kəskin şəkildə ittiham edirlər. Məhz bu ittihamlardan sonra isə AXCP (i), "KAXCP", BAXCP, Böyük Quruluş, "Aydınlar" partiyası yarandı. Ona görə də, indi Ə.Orucun Ə.Kərimovdan zəndeyi-zəhləsi gedir. Ə.Oruc bildirir ki, iti görüm, qurdu görüm, amma Əlini görməyim. Ə.Kərimova qarşı allergiyasının olduğunu qeyd edən "Azadlıq" partiyasının sədri, onu ikiüzlülükdə, yalançılıqda və xəyanətdə günühlandırır. Qeyd edir ki, onun günahları heç vaxt bağışlanması mümkün olan günah deyil.

Digər xəbərlər