PDF Oxu

Müxalifət

  • 6

Əli Əliyev “Azadlıq” blokundan çıxır

Əli Əliyev “Azadlıq” blokundan çıxır
Uzun müddətdir ki, siyasi proseslərdən tamamilə uzaqlaşmış "Azadlıq" bloku, indi yeni bir oyunun hədəfinə çevrilib. Bu qurumda təmsil olunan partiyalar arasında normal münasibətlərin olmaması, nəticə etibarilə, bu cür hadisələrin baş verməsinə yol açmış oldu.
 Heç bir vəchlə təmsil olunduqları təşkilatda həmfikirlərinə güzəştə getməyən Azərbaycan Liberal Partiyası, AXCP (i) və "Vətəndaş və İnkişaf Partiyası" indi aralarındakı pay bölgüsünü müəyyənləşdirmək niyyətindədir. Bir məsələni də qeyd edək ki, artıq heç bir beynəlxalq donor təşkilatdan maliyyə qopara bilməyən blok üzvləri, pulun olmadığından artıq bir-birinin ünvanına hədyan dolu bəyanatlar səsləndirməklə məşğuldurlar.
Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti müxalifət adı altında fəaliyyət göstərən birlik və ya blokların daimi bir formada əməkdaşlıq etdiklərinin şahidi olmayıb. Çünki müəyyən bir vaxtdan sonra bu tip birliklərdə təmsil edilən müxalifət partiyaları itlə-pişik kimi bir-birini didişdirməklə məşğul olur. Bu səbəbdən də onların ədəbi birlik arzusu, sadəcə olaraq, sözdə real görünür. Ə.Kərimovun bezdirici əməllərindən təngə gəlmiş Ə.Əliyev öz razılığı ilə buranı tərk etmək məcburiyyətində qalıb. Əldə etdiyimiz məlumatlara görə, Ə.Əliyev keçmiş həmfikirlərinin təklifi ilə AMİP-ə qayıtmaq barəsində qərara gəlib. Çünki hazırda AMİP-də sədr problemi yaşandığı üçün Ə.Əliyevin mümkün variantla bu posta yiyələnmək planı baş tutacaq. Ona görə də, o, bu istiqamətdə konkret qərara gəlib. "Azadlıq" blokunda Ə.Kərimovun fitnələrindən cana doymuş "VİP" sədri üçün bu təklif lap göydəndüşmə olub. Artıq yaxın zamanlarda Ə.Əliyevin "Azadlıq" blokundan tamamilə uzaqlaşaraq AMİP-ə keçəcəyi gözlənilir.

Digər xəbərlər