AMİP-ə sədr seçmək problemə çevrilib
Müxalifət düşərgəsində elə qəliz proseslər cərəyan etməkdədir ki, heç cin-şeytan da bundan baş aça bilmir. Heç vaxt bəlli bir yol seçib addımlamağı bacarmayan müxalifət, elə bu qeyri-müəyyənliklərin içindəcə ömürünü yavaş-yavaş başa vurmaqdadır. Sadəcə olaraq, bir balaca abırdan-hayadan utanmasalar durub papkalarını götürüb getməyə hazır olan əksər müxalifət yetkililəri nəyin ucbatından düşərgədə lövbər saldıqları gün kimi aydındır.
Müəyyən bir müddət xarici fondların ayırdıqları qonorarlar hesabına özlərinə günağlayan Etibar Məmmədov da daha çevik düşünürək özü üçün asta-asta biznes fəaliyyəti qurmalı oldu. Müxalifət düşərgəsində bir qədər də dərin hörmət və izzət sahibi olmayan, daha çox köhnə cəbhəçilərin qanlı düşməni kimi ad çıxaran E.Məmmədov, siyasətin ona elə də baş ucalığı gətirməyəcəyini anlayaraq, birdəfəlik bu daşı ətəyindən tökməli oldu. Əvvəlcə ölkənin ayrı-ayrı bölgələrində biznes fəaliyyəti ilə məşğul olan Məmmədov, sonralar qonşu Dağıstandan da özünə kiçik göyərti satmaq üçün zəruri olan obyektdən başlayaraq böyük kommersiya fəaliyyəti qurub. Özünə qismət olsun. Bizim əsla kişinin bu iş-gücündə işimiz yoxdur. Sadəcə olaraq, bizi bir sual narahat edir. "Cənab" Məmmədov elə-belə olacaqdısa, niyə siyasət bazarına girmişdin? Elə bəri başdan özün üçün biznes fəaliyyəti qurardın, bəlkə də, indi tanınmış biznesmenlərdən idin.
Çox təəsüfələr olsun ki, heç də bu bizim sadaladığımız kimi olmadı. Çünki apırılan uzunmüddətli araşdırmaların nəticəsi göstərir ki, bu müxalifət düşərgəsində təmsil olunan şəxslər özlərini biabır etməmiş buradan getmirlər. E.Məmmədov da belələrində biri oldu. İndi isə heç kimin onunla, nə də ki, onun kimisilə işi yoxdur. Narahatçılıq yaradan bir məsələ var ki, vaxtilə sədrlik etdiyi partiya tamam özbaşına qalıb.
Keçmiş partiya yoldaşlarını birdəfəlik tərk etmiş E.Məmmədov heç gözünün ucu ilə də quruma diqqət etmir. Partiyada isə vəziyyət, sözün əsil mənasında, gərgindir. "Dərə xəlvət, tülkü bəy" məsəli olmasın burada indi ona oxşar və betər hadisələr baş verməkdədir. Partiyada daha çox görünün AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov isə, sadəcə olaraq, ofisdə əyləşib zəng vurub yeni bir nəticə ö.yrənmək istəyən jurnalistlərin suallarını cavablandırır. Artıq bu suallara cavab verməkdə profisonallaşmış Ə.Orucov, sədr olmaq arzusunu da gizlətmir. Amma deyəsən yoldaş Orucovun da bu istəyi elə tezliklə reallaşan məsələyə oxşamır. Çünki indi heç kim cürət edib bu qurumda sədrlik problemini əvəzə etməyə səy göstərmir. Sadəcə olaraq, öz yerində oturmuş Ə.Orucov isə, özünü sədr hesab edə bilər. Guya kim gəlib ona deyəcək ki, niyə belə elədin?