PDF Oxu

Müxalifət

  • 14

Əli Kərimov arzuolunmaz şəxsə çevrilib

Əli Kərimov arzuolunmaz şəxsə çevrilib
Partiyaların parçalanması, eləcə də, fəaliyyətini dayandırması həmin təşkilat rəhbərlərinin səhv siyasətlərinin, çirkin siyasi oyunlarının nəticəsi ilə bağlıdır. Əslində, bütün bunları Azərbaycan müxalifətinə şamil etsək, yanılmarıq.
Çünki radikal düşərgədə hadisələrin hazırkı inkişafı, müxalifət aləmində baş verən proseslər fikrimizi bir daha təsdiqləyir. Şübhəsiz ki, bütün bunlar, onu deməyə əsas verir ki, yaxın zamanlarda parçalanan partiyaların sıraları genişlənəcək. Çünki 2008-ci ilin prezident seçkilərinə qatılmayan, bu ilin martında keçirilən ümumxalq səsverməsində boykot qərarı vermələri müxalifətçi "bəy"ləri pis vəziyyətə qoyub. Belə ki, Müsavat daxilində it yeyəsini tanımır, bundan əlavə, "MBH" lideri Lalə Hacıyevanın sarsılan "mübarizəsi" və digərlərini misal göstərmək olar.
AXCP (i) sədri Əli Kərimovun da vəziyyəti yaxşı deyil. Hər zaman xalqına, dövlətçiliyə zidd əməlləri ilə gündəmdə qalmağa cəhd edən Ə. Kərimov radikal düşərgədə arzuolunmaz şəxsə çevrilib. Məlumata görə, Müsavat partiyasının başqanı İ.Qəmbərov rəhbərlik etdiyi partiyada baş verən son faciəli hadisələri, qarşıdurmaları AXCP(i) sədrinin adı ilə bağlayır. Belə ki, Müsavat başqanının iddiasına görə, Ə.Kərimov Müsavatda çaxnaşma yaradaraq, partiya üzvlərini başqana qarşı çıxarıb. Əslində AXCP (i) ilə Müsavat arasındakı qarşıdurma və bir-birlərinə qarşı söylədikləri təhqirlər, ittihamlar, onu deməyə əsas verir ki, üzdə "qardaş" deyən "bəylər", əslində, bir-birlərinin ayağını qazımaqla məşğuldur. O da heç kəsə sirr deyil ki, AXCP (i) sədri ilə İ.Qəmbərov arasında baş verən qarşıdurma nəticəsində hər iki tərəf ciddi zərər çəkib və itkilərə məruz qalıb. Necə deyərlər, çirkin niyyətli "bəylər" hələ də öz əməllərinin acısını çəkirlər.
MBH lideri L. Hacıyeva üçün də AXCP (i) sədri Ə.Kərimov düşmən şəxsə çevrilib. Belə ki, L.Hacıyeva müxalifətin "Yurd" şefini günahkar bilir. Yəni, "MBH" lideri AXCP (i) sədrini müxalifətin üz qarası hesab edir.
Beləliklə, hər zaman AXCP (i) sədri Ə.Kərimov ermənipərəstlərdən maddi və mənəvi dəstək almaqla, siyasi ömür. Bütün bunları Ə.Kərimovla xudahafisləşməyə hazırlaşan  AXCP (i) üzvləri də yaxşı anlayırlar.

Digər xəbərlər