İsa Qəmbərov Müsavatdan gedişini tezləşdirmək qərarına gəlib
Müxalifət daxilində uzun müddətdir davam edən dava-qırğın radikalların bəzi "sürpriz"lərlə qarşılaşmalarına səbəb olub. Artıq istər AXCP (i) sədri Əli Kərimov, istər Müsavat başqanı İsa Qəmbərov, istərsə də "MBH" lideri Lalə Hacıyeva ən yaxın silahdaşlarını itirmək təhlükəsi ilə üzləşib. Belə ki, Ə.Kərimovun müavini Fuad Mustafayev AXCP (i) sədri ilə yollarını ayırmaq qərarına gəlib.
O, xarici donor axtarır ki, özünə yeni bir partiya yaratsın. Əslində, AXCP (i) sədri Ə.Kərimova öz tərəfdaşlarının zərbələri dəyir. Belə ki, Zahid Xəlilov, Ruslan Bəşirli olayları buna bir misal ola bilər. Təbii ki, bütün bunlar "Yurd" şefinin özünün öz başına gətirdiyi bəlalardır. Yəni, öz çirkin əməllərinin nəticəsidir ki, Ə. Kərimov belə hadisələrə rastlaşır. Qulamhüseyn Əlibəylinin yeni partiya yaradaraq, AXCP (i)-dən ayrılması və bunun arxasınca partiyanın rayon təşkilatlarının Ə.Kərimova "əlvida" deməsi, AXCP (i) rəhbərini pis vəziyyətlə üzləşdirdi. Bu proses hələ də davam edir.
"MBH" lideri Lalə Hacıyevanın da vəziyyəti yaxşı deyil. O da artıq bir zaman sədri olduğu ALP-dən ümidini üzüb. Belə ki, adıçəkilən partiyanın sədr əvəzi Əvəz Temirxan L.Hacıyevaya yollarının ayrıldığını xatırladıb. Buna səbəb isə xarici donorlardan aldığı puldan "MBH" liderinin Ə.Temirxana pay verməməsidir.
Ən acınacaqlı və ən gərgin vəziyyət isə müxalifət daxilindədir. Belə ki, çirkin, ikili siyasət yürüdən adıçəkilən partiya və onun başqanı İsa Qəmbərov Müsavat daxilində vəziyyəti normaya sala bilməyib. Bir sözlə, başqan partiyaya nəzarəti ələ ala bilməyib. Rauf Arifoğlu partiya daxilində Müsavat başqanı İ.Qəmbərovun əleyhinə kampaniya aparır.
Məlumdur ki, İ.Qəmbərovun başqanlıq müddəti 2010-cu ildə başa çatır. Lakin bütün bu olanlardan sonra o, partiyadan, başqanlıqdan gedişini tezləşdirmək qərarına gəlib.