PDF Oxu

Müxalifət

  • 9

Eldar Namazov İqbal Ağazadəni ittiham edir

Eldar Namazov İqbal Ağazadəni ittiham edir
Son zamanlar müxalifət düşərəgəsindən gələn xəbərlər, yeni münaqişə mənbələrinin yaranması barəsindədir. İndi daha çox bir-birini görməyə gözü olmayan müxalifətçilər, açıq şəkildə mübarizə aparmaqdan belə çəkinmirlər. Digər bir səbəb isə müxalifət düşərgəsində son günlər baş verənlərdən heç müxalifətçilərin özləri də baş aça bilmirlər.
Daha gündəmdə qalmaq xatirinə şou müğənnilər kimi, biri digərini təhqir etməklə özünə imic qazanmağa çalışan şəxslər heç bir səbəb olmadan qarışıqlıq və münaqişə yaratmaqda maraqlı görünürlər. Buna misal kimi ANS telekanalında yayımlanan "Daha doğrusu" verilişində müzakirələrə qatılan müxalifət "lider"lərinin açıq efirdən qarşı-qarşıya dayanması və başqa faktlardır. Qeyd edək ki, bir müddət öncə adı çəkilən telekanalda və eyni proqramda Müsavatın Divan üzvü Sülhəddin Əkbərlə "Qarabağ Azadlıq Təşkilatı"nın sədri Akif Nağı arasında olan mübahisə də oxşar ssenarilər üzərində qurulmuşdu. Həmin proqramda da Dağlıq Qarabağ probleminin həlli yolları müzakirə olunurdu. Lakin məhz həmin şəxslərin açıq efirdə qızğın mübahiəsindən nəticə çıxararkən, məlum olur ki, sadəcə, sözdə nəyisə deməyi bacaran bu dırnaqarası qoçaqlar, əslində, heç bir təklif irəli sürməyi belə bacarmırlır.
"ANİF" sədri ilə "Ümid" lideri arasında dava-dalaşın düşdüyü, niyə bu iki şəxs arasında dərin fikir ayrılıqlarının olduğunu məhz efir şəritində büruzə vermələri də, hələlik, sual doğuran məqamlardandır. Amma bir məlum məsələ isə ondan ibarətdir ki, müxalifət düşərgəsində onsuz da ömürü boyu yola getməyən şəxslər, nəyin bahasına olursa-olsun, barışmaz mövqe tuturlar. Nədənsə, aralarındakı gizlin münaqaşiləri ancaq özləri bilən müxalifət funksionerləri, elə bu səbəbdən də, 16 ildən artıqdır ki, vahid bir nöqtəyə yıxınlaşa bilmirlər. Daha çox özlərini və partiyaların, önə çəkməyə çalışanlar, nəticədə heç bir uğura imza ata bilmirlər.
Qeyd etmək lazımdır ki, uzun müddətdir müxalifət düşərgəsində aralarında normal münasibətlər olan iki partiyaya rast gəlmək müşkül məsələ çevrilib. Heç bir vəchlə biri digərini qəbul etməyən müxalifət düşərgəsində, aralarında qanlı düşmənçilik və nifrət  prinsipləri ilə hələ fəaliyyət göstərən partiyalara rast gəlmək olur. Misal olaraq keçmiş AXC-nin köynəyindən çıxmış AXCP (i), KAXCP, BAXCP və Böyük Quruluş partiyaları arasında heç bir normal münasibətdən söhbət belə gedə bilməz.
Doğrudur, BAXCP və Böyük Quruluş partiyaları arasında sonradan bir qədər mülayim münasibətlər yaransa da, bunu heç də daimi qiymətləndirmək sadəlövhlük olar. İkinci bir məqam isə, indi müxalifət düşərgəsində artıq köhnə və çürük təfəkkürlü münaqişələr aparılmasıdır. Əgər müxalifət öz mübarizəsini birbaşa efirdən elan edirsə, bunun nəyini köhnə adlandırmaq olar. Amma bir qədər geriyə nəzər saldıqda,  o dövrlərin hakimiyyətin illərində belə davalar adi hal idi. Hətta insanların da gözü onların bu hərəkətlərinə öyrəşmişdi. Açıq efirlərdən biri-digərinin ixtiyarına 15 eşşək verməyə cəsarət etmədiyini və bir başqası kimisə it kimi döyməklə hədələdəyini Azərbaycan cəmiyyəti çoxlu sayda görüb. 16 ildən sonra üzlərinə efir açılan İ.Ağazadə ilə E.Namazov, müasir cəmiyyətdə müasir qaydalarla didişdiklərini göstərməkdən usanmadılar. Necə ki, onlardan öncə S.Əkbərlə A.Nağı ayıb etməmişdilər, onlar da etmədilər.

Digər xəbərlər