PDF Oxu

Müxalifət

  • 14

AXCP (i) fəaliyyətini dayandırıb

AXCP (i) fəaliyyətini dayandırıb
Uzun müddətdir ki, daxili ixtilaflardan və münaqişələrdən əziyyət çəkən AXCP (i) artıq öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Belə ki, heç bir uğurla qarşılaşmayan təşkilatın nə məqsədlə və hansı prinsiplə fəaliyyətini davam etdirməsi bir müddət idi ki, sual doğururdu.
Elə, bu səbəbdən də partiya artıq faliyyətsizliyinin pik nöqtəsinə çataraq öz "ömrünü" başa vurub. Partiya sədri Əli Kərimov isə artıq neçə müddətdir ki, mənsub olduğu partiyaya xeyir gətirəcək heç bir iş görməyib. Məlum olduğu kimi, cəmiyyətin nifrəti ilə qarşılanan müxalifət düşərgəsində təmsil olunan bədnam partiyalar sırasında AXCP (i) xüsusilə fərqlənirdi. Heç bir vəchlə cəmiyyətdə özlərinə müsbət imic qazana bilməyən müxalifət partiyaları sırasında daha çox ikrah hissi ilə qarşılanan bu partiyada təmsil olunan əksər təəssübkeşlər isə, zaman-zaman səhv yolda olduqlarını dərk edərək buranı tərk etmək məcburiyyətində qalmışlar. Onların sırasında daha aktivliyi və fəallığı ilə seçilən özü üçün "Aydınlar" partiyası yaratmış Qulamhüseyn Əlibəyli keçmiş partiya məsləkdaşlarına da uyğun və düzgün seçim etməyi dəfələrlə tövsiyə etmişdir.
Onu da qeyd edək ki, Q.Əlibəyli özü üçün partiya yaradana qədər AXCP (i) ali məclisinin sədri vəzifəsində idi. Sonradan isə məhz yuxarıda sadaladığımız formada orijinal bir addım ataraq buranı tərk edən Q.Əlibəyli, əslində, indiyə qədər müxalifətin çirkin niyyətlərinə uyaraq burada qalmış şəxslərə bir mesaj ünvanladı. Onun bu addımı, sadəcə olaraq, cəmiyyətin həyatında mühüm olmayan istənilən bir təşkilat üçün pik nöqtəsi idi. Ona görə ki, artıq Azərbaycan cəmiyyəti AXCP (i)-lər, "KAXCP"-lərin, Müsavat və digərlərinin hansı niyyət və amala quluq etdiklərini gün kimi aydın görür. Məhz bu səbəbdən də müxalifət düşərgəsində özünə yuva salmış bəzi şəxslər indi özləri də çaşbaş qalıblar.
AXCP (i)-nin fəaliyyətini belə bir şəraitdə dayandırması isə müxalifət düşərgəsində əməlli-başlı sükuta səbəb olub. İndi heç bir müxalifət partiya rəhbəri növbəti qurbanın kim olacağının fərqində olmağına baxmayaraq qorxu içindədir. Çünki artıq zaman yetişibdir. Onların siyasi səhnəni tərk etməsi isə ölkədə müxalifət anlayışının tatamilə başqa istiqamətdə yönəlməsinə səbəb olacaq. Bir mexanizator kimi düşərgəni zəbt etmiş digər şəxslər isə açığı bunu anlasalar da şəxsi maraqlara görə, hələ də, burada qalmaqdadırlar. Bütün bunların ardınca isə müəyyən bir müddət özünü müxalifətçilər arasında bir qədər aktiv göstərməyə çalışan AXCP (i) sədri, bu prosesin üstündən konkret olaraq bir aya yaxın müddət keçdikdən sonra mənsub olduğu qurumdan imtina edib. Onun belə bir addım atması isə, sadəcə olaraq, çoxdan gözlənilən və məlum səbəblərlə bağlıdır. Çünki, yoldaş Kərimov formal olaraq sədrlik etdiyi qurumun normal fəaliyyəti üçün indiyə qədər heç bir addım atmayıb. Sadəcə üzdə görüntü yaratmaqla özünü kimlərəsə, partiya rəhbəri kimi təqdim edən Ə.Kərimov, indi öz maraqları çərçivəsində necə gəlmişdisə, elə də getdi. Partiya isə, hələlik, başsız qalıb. Sədrlik vəzifəsini icra etməyə çalışan sədr müavini Həsən Kərimov isə prosesin nə qədər davam edəcəyindən bixəbər formada AXCP (i)-nin sənədlərini çayxanalarda gəzdirməklə məşğuldur. Çünki xeyli müddətdir ki, AXCP (i) üçün ayrılan vəsaitlər müqabilində quruma alınacaq və kirayələncək qərargahın pulu keçmiş sədr Ə.Kərimov tərəfindən mənimsənilib. Ona görə də, indi partiyada qalmış beş-üç funksioner, sadəcə olaraq, səfil həyatı yaşamaqla günlərini paytaxt çayxanalarında keçirməklə müşğuldurlar.

Digər xəbərlər