PDF Oxu

Müxalifət

  • 11

AMİP-in sədr problemi həllin tapmır

AMİP-in sədr problemi həllin tapmır
Müxalifət düşərgəsində bir qədər gizlin işlərlə məşğul olub, reallıqda bir qədər sakit görünən partiyalar sırasında Azərbaycan Milli İstiqilal Partiyası özünə məxsusluğu ilə fərqlənməkdədir. Heç bir yolla bu qurumda baş verənlərə aydınlıq gətirməyin mümkün olmadığı, hələ də, düşüncə obyekti kimi qalmaqdadır. Belə ki, uzun müddət AMİP-ə sədrlik vəzifəsini formal və qeyri-formal üsülla yerinə yetirmiş Etibar Məmmədovun bu kürsüdən getməsindən sonra, partiyaya rəhbərlik etmək əməlli-başlı qlobal problemə çevrilib.
Sadəcə olaraq, başı öz şəxsi biznesinə bərk qarışan E.Məmmədovun siyasi proseslərdən uzaqlaşması, əslində, onun uzun müddət nə kimi işlərlə məşğul olduğunu açıq şəkildə büruzə vermiş oldu. Çünki özünü bir qədər "ağayana" göstərən E.Məmmədov, əslində, gizlin alverçiliklə də məşğul olurmuş. Sonradan üzə çıxan bəzi mətləblərdə "yoldaş" Məmmədovun bir neçə müddət Dağıstan bazarlarının birində göyərti satmaq üçün obyektinin olduğu bəlli oldu. Lap sonralar isə, məlum oldu ki, Məmmədov öz biznes imkanlarını genişləndirərək iri yük maşınlarının alqı-satqısı ilə məşğul olmağa başlayıb.
İndi isə Etibar "bəy" daha böyük biznes fəaliyyəti qurub. Ona Artıq AMİP-zad lazım deyil. Əslində isə, AMİP heç kimə lazım deyil. Sadəcə olaraq, buna bir təkanverici obyekt kimi baxan şəxslərin məkanı adı verilsəydi, daha düzgün olardı. Çünki bura gələn şəxs bir-iki ay müddət keçməmiş dəli kimi yollara düşərək, ona qarşı haqsızlıq edildiyini bildirir. Başa düşmək olmur ki, bu qurumun daxilində adama nə divan tuturlar ki, buradan çıxan insanlar uzun müddət özlərinə gələ bilmirlər. Ona görə də, uzun müddətdir ki, partiya sədrlik postuna kimisə dartıb otuzdurmaq müşkül bir məsələyə çevrilib. Artıq bir ilə yaxındır ki, AMİP sədrsiz idarə olunur. Ayaz Rüstəmovdan sonra bu posta kiminsə seçilməsi əməlli-başlı problemdir.
Müəyyən bir müddət partiyanın sədrlik postunu mənimsəmək uğrunda iddialı şəxslər arasında qalmaqal yaransa da, sonradan onların süst düşdüyünün səbəbini, hələlik, izah edən tapılmır. Sonradan isə məlum oldu ki, AMİP-ə daha iddialı şəxslər sədrlik etmək niyyətindədir. Bir müddət "ANİF" sədri Eldar Namazovun AMİP-ə sədr gətirilməsi barəsində söz-söhbətlər ortaya çıxdı. Amma bu söhbətlərin üstündən az bir müddət keçməmiş E.Namazov bu fikrindən daşınmalı oldu. Bu söhbətlərin üstündən iki-üç həftə keçməmiş AMİP-in Sərdar Cəlaloğlunun rəhbərliyi altında ADP-yə birləşməsi barəsində fikirlər ortaya çıxdı. Amma sonralar məlum oldu ki, bu cür məsələlər heç də asan yollarla həll olunmur. Məhz hadisələrin bu məcrada davam etməsi isə göstərir ki, AMİP-də sədrlik problemi hələ uzun müddət öz həllini tapa bilməyəcək.  

Digər xəbərlər