Müxalifət çirkin niyyətindən əl çəkmir
Müxalifət yenə də öz çirkin əməllərindən, niyyətlərindən əl çəkmir. Sanki radikallar ağa qara deməyə and içiblər. Onların yalnız bir məqsədi var, bu da günü-gündən inkişaf edən dövlətimizi nüfuzdan salmaq, yalnız dövlətçiliyimizə şər-böhtan atmaqdan ibarətdir.
Xalqın nifrət hədəfində olan "bəylər"-AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, ADP sədri Sərdar Cəlaloğlu, "MBH" lideri Lalə Hacıyeva və başqa bu tip siyasi oyunbazlar beynəlxalq təşkilatlara yanlış informasiyalar satmaqla həm özlərini gündəmdə saxlamaq, həm də 5-10 man. pul qazanmaq istəyirlər. Görəsən, xalqını - dövlətini avropalı cənablara satan və onlardan tulapayı alan radikal "bəylər"ə xalq necə inansın, necə etimad göstərsin? Məhz bunun nəticəsidir ki, müxalifətin "iqtidar olmaq" niyyətləri ürəklərində qalıb. Sözsüz ki, xalq kimin kim olduğunu yaxşı bilir. Xalq bilir ki, vətən xaini olan bu "bəylər"i hakimiyyətə gətirmək ən böyük günah olar. Çünki Ə.Kərimovun, AXCP (i) sədri Müsavat başqanı İ.Qəmbərovun hansı "yuvanın quşu" olduğunu xalq yaxşı bilir. Məhz həmin "bəylər" siyasi hakimiyyətdə olanda, onların yarıtmaz siyasəti, bacarıqsız idərəçiliyi dövründə torpaqlarımız işğala məruz qaldı. Budur radikal "ağa"ların "fəaliyyəti", budur onların siyasi bacarıqsızlıqları.
Müxalifət hər dəfə ölkəmizdə keçirilən referendum və seçkiləri qeyri-demokratik adlandırır. Görəsən, haqq-ədalətdən uzaq olan və eləcə də, demokratiyanın nə olduğunu bilməyən azğınlaşmış "bəylər" hadisələrə necə obyektiv qiymət verə bilər? Əslində, ölkəmizdə keçirilən bütün seçkilər, ümumxalq səsvermələri tam demokratik şəkildə həyata keçirilib. Respublikamızda Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq martın 18-də baş tutan referendum da tam demokratik, ədalətli şəkildə həyata keçirilib. Bunu ümumxalq səsverməsini izləyən yüzlərlə yerli və beynəlxalq müşahidəçilər də təsdiq edib. Onların gəldiyi yekdil qərar bundan ibarətdir ki, ölkə vətəndaşları ümumxalq səsverməsində fəallıq nümayiş etdirərək, Konstitusiya islahatlarına səs veriblər.Beləliklə, referendum baş tutmuş hesab olunur. Bu da bir daha onu sübut edir ki, xalq radikalların boykot çağırışlarına əhəmiyyət verməyərək, güclü dövlət naminə Konistitusiya islahatlarına səs verdi. Görəsən, bütün bu olanlardan sonra MƏĞLUB "bəylər" çirkin əməllərindən əl çəkəcəklərmi? Çətin ki, əl çəksin. Necə deyərlər, itin tövbəsi olmaz.