Məlum olduğu kimi, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üçün martın 18-də keçirilən referendumda xalqımız aktivlik nümayiş etdirərək, Konstitusiya islahatlarına müsbət münasibət bildirdi. Yəni, ötən ilin oktyabrında Prezident İlham Əliyev cənablarını dəstəkləyən ölkə vətəndaşları ümumxalq səsverməsində də fəallıq nümayiş etdirdi. Bu, bir daha onu sübut edir ki, xalq hər zaman Heydər Əliyev ideyalarını bəyənir və cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə dəstək olur.
Referendumun baş tutması xalqın nifrət hədəfinə çevrilən radikal müxalifəti yaman məyus edib. Prezident seçkilərində olduğu kimi, referendumda da "boykot" yolunu seçən siyasətdən anlayışı olmayan "bəylər" hələ də, özlərinə gələ bilməyiblər. Deyilənə görə, referendum məğlubiyyəti AXCP (i) sədri Əli Kərimovu, Müsavat başqanı İsa Qəmbərovu, "MBH"-nin lideri Lalə Hacıyevanı, ADP sədri Sərdar Cəlaloğlunun Novruz əhvali-ruhiyyəsini yaman korlayıb. Xain "bəylər" hətta bahar bayramını etməkdən də imtina ediblər. Onlar 2009-cu ilin baharını ömürlərinin ən pis baharı hesab edirlər. Çirkin niyyətləri ürəklərində qalan radikal "bəylər" ümumxalq səsverməsindən sonar quyunun daha da dərinliyinə düşüblər. Adama deyən lazımdır ki, siyasətsizlik deyil, gedin özünüzə peşə seçin.
Beləliklə, müxalifət yenə məğlub oldu. Bu ənənəvi məğlubiyyət radikal müxalifətin sonuna çıxıb və satqın "bəylər"in başçılıq etdiyi partiyalar da artıq "cırtdan" quruma çevriliblər.
Hər zaman müxalifət,
Satqın, həm dəyus olub.
İllərdir radikallar,
Peşman, həm məyus olub.