Müxalifət qış yuxusundan ayıla bilmir
Təbiətin oyandığı, insanların daha yüksək əhvali-ruhiyyədə öz işlərinə başladığı bir şəraitdə, bədnam müxalifət hələ də qış yuxusundan oyana bilmir. Onsuz da heç bir işlə məşğul olmayan bu boş-boğazların, hələlik, yeni iddalaranı eşitmək olmur. Digər bir tərəfdə isə özünün acı taleyini yaşayan müxalifətin müəyyən qismi artıq onlar üçün yetişən zaman qatarına minməyin vaxtı çatdığı qənaətindədir.
Odur ki, heç də bu taledən xoş üzlə ayrılmaq istəməyən müxalifətin bəzi bədnam ünsürləri, normal həyatda onlar üçün yer olmadığını hələ də anlamaqda çətinlik çəkirlər. Sadəcə olaraq, bir məntiqi başa düşmək olmur ki, niyə bu tiplər qara fikirləri bir kənara qoyub cəmiyyətə inteqirasiya edə bilmirlər. Axı indi Azərbaycan cəmiyyətini dünyanın ən qabaqcıl, inkişaf etmiş sivil dəyərlərə söykənən cəmiyyətlərin tərkib hissəsi hesab etmək olar. Amma nədənsə müxalifət düşərgəsində özünə yer eləmiş bu tiplər hər şeyə qara rəngdə baxmaqla öz çirkin niyyətlərindən əl çəkə bilmirlər.
Bir prinsipi də unutmaq olmaz ki, indi cəmiyətimizə müxalifətin iy vurmuş ünsürləri və gerilikçi təfəkkürə malik olan insanları lazım deyil. Ona görə də, müxalifət cəbhəsində kök salmış şəxslərin normal cəmiyyətdə yeri yoxdur. Bunu bir neçə dəfə müxalifət təmsilçilərinin özləri də müxtəlif yollarla büruzə veriblər. Artıq ölkənin ictimai siyasi həyatında heç bir təsir imkanına və hadisələrə istiqamət vermək qabiliyyətinə malik olmayan müxalifət özünün son dönəmlərini yaşamaqdadır. Bunu martın 18-də ölkəmizin həyatında ən mühüm və taleyüklü bir hadisənin sonluğunda xalqın müxalifətə verdiyi qiymətlə də daha aydın görmək olar. Elə bu səbəbdən də müxalifət düşərgəsində artıq zamanı çatmış partiyalar meşədəki çürük ağac kimi sıradan çıxmaqdadır. Ona görə də, müxalifət düşərgəsində artıq "yarpaq tökümü" demək olar ki, başlanıb. Əsaslı sübut kimi müxalifət düşərgəsində özünü daha çox gündəmdə saxlamağa çalışan AXCP (i), demək olar ki, siyasi fəaliyyətini tamamilə dayandırıb. Artıq bu qurumun xilası üçün heç bir yardım və köməkliyin də heç bir əhəmiyyəti yoxdur. Çünki qurum daxilində baş verənlər və partiya sədri Əli Kərimovun həyata keçirdiyi işlər, məhz belə bir hadisənin baş verməsini zərurətə çevirib. İndi daha çox şəxsi işləri ilə məşğul olan Ə.Kərimov, müəyyən mənada özünə imic yaratmaq üçün yeni-yeni planlar hazırlayır. Əldə etdiyimiz məlumata görə, indiki şəraitdə "cənab" Kərimova heç bir siyasi partiya heç nə lazım deyil. O, artıq zamanında gördüyü işlərlə və atmış olduğu addımlarla özünə yol tapıb. AXCP (i) isə, sadəcə olaraq şəxsi qərəzçiliyin növbəti nümunəsi kimi cəmiyyətə sırınmağa çalışılsa da, sonda gün kimi aydın oldu. Müxalifət düşərgəsində hazırda elə proseslər baş verir ki, normal düşüncəli adam bundan baş aça bilmir. Bu gün bir-birinə "qardaş" deyən müxalifətçilər, səhərisi günü qanlı düşmən kimi bir-birlərinə qənim kəsilirlər. Sadəcə olaraq, bir məsələni diqqətə çatdıraq ki, ölkə Konstitusiyasının müəyyən maddələrində edilən dəyişikliklərlə bağlı keçirilmiş möhtəşəm Referendum Aktı və xalqın bu prosesdə yüksək fəallıq nümayiş etdirməsi müxalifətin bədnam "lider"lərinin səsləndirdiyi iddialara əsaslı və layiqli bir cavab oldu. Məhz bu səbəbdən də indi müxalifət düşərgəsində daha dərin ziddiyyətlər cərəyan etməkdədir. Ona görə də, zaman özü kimin hansı xislətdə olduğunu və kim olduğu göstərəcək. Müxalifətçilərin özləri də artıq bunu dərk etmək istəyirlər. Amma artıq çox gecdir. Çünki zamanın qatarı heç kəsi gözləmir. Sadəcə olaraq, bundan geri qalmayasan.