Saxtakarlıqdan danışan kişinin saxta
Dünən xalqımız bir daha öz iradəsini nümayiş etdirərək, Azərbaycanın ən yeni tarixində önəmli hadisələrdən olan Konstitusiyaya edilən dəyişikliklərə hə deməklə yanaşı, həm də onu boykota, küçələrə, aclığa, səfalətə, 1991-1992-ci illərin acı günlərinə qaytarmaq istəyən başıpozuq müxalifətə yox dedi.
Bir daha göründü ki, Azərbaycanda sağlam müxalifət yoxdur və ölkəmizin günü-gündən inkişafı, çiçəklənməsi özünü müxalifət adlandıran bu yazıq bəndələri narahat edir. Onlar hər vəchlə buna əngəl olmağa çalışırlar. Xarici havadarlarından aldıqları beş-üç manatın qarşılığı olaraq, mətbuat konfransı keçirib qırıldayırlar ki, guya hakimiyyət referendumu saxtalaşdırıb. Ən gülməli arqumentləri isə seçkilərdə 11% insanın iştirak etməsi haqqında fikirləridir. Referendumun yekunlarına dair müxalifətin keçirdiyi mətbut konfransında səslənən fikirlərin necə əsasız olduğunu sizə bircə-bircə izah edəcəm. Amma ilk öncə mətbuat konfransının təşkili və buradakı abu-havanı diqqətinizə çatdırmaq istəyirəm.
Hər yerdə insanların qınağına tuş gələn, hər yerdən qovulan müxalifət lidercikləri xarici təşkilatlardan birnin ofisinə yığışıb referendumun yekunlarına dair mətbuat konfransı keçirirlər. Tədbiri idarə edən Lalə Hacıyevanın iştirakçılara söz vermə ardıcılığından bilinirdi ki, müxalifətin arasında birlik yoxdur. Məsələn, ilk çıxış üçün söz Əli Kərimova verilir, ardınca Əvəz Temurxan çıxış edir, ən sonda isə İsa Qənbərova söz verilir. L. Hacıyevanın nə üçün çıxış edən liderciklərə belə söz verməsini biləməsəm də, onu bilirəm ki, bu müxalifət düşərgəsində birliyin olmamasından və mədəniyyətsizlikdən xəbər verirdi.
Çıxış edən liderciklərin ortaq bir sözü o idi ki, seçkilər saxtalaşdırılıb, insanlar seçkini boykot edib. Amma hec biri bununla bağlı ortaya konkret fakt qoymurdular. Seçki kampaniyası zamanı Mərkəzi Seçki Komisiyası (MSKA) tərəfindən ayrılan efir vaxtından geninə-boluna istifadə edərək dövlətin, ayrı-ayrı insanların ünvanına təhqirlər, olmaz ittihamlar yağdıran İsa Qənbərov deyir ki, MSK efir vaxtını məhdudlaşdırıb. Hələ bu harasıdır! Bu cənabın fikrincə, guya seçki kampaniyası zamanı müxalifətin onlarla nümayəndəsi həbs olunub, vətəndaşların toplaşma hüquqları məhdudlaşdırılıb, vətəndaşlarda qorxu hissi yaradılıb. İsa "bəy"dən soruşmaq lazımdır ki, seçki kampaniyası dövründə onun partiyasından kimlər polisə dəvət olunub və həbs edilib. Əgər onun iddia etdiyi kimi vətəndaşların toplaşma hüquqları məhdudlaşdırılmışdısa, cəmiyyətdə qorxu hissi yaradılmışdısa, bəs onda niyə insanlar seçki məntəqələrinin qarşısında növbə yaradaraq öz seçimlərini etmək istəyirdilər. Xalq sizi sevmir və sizin ətrafınıza toplaşmırsa, bu, vətəndaşların toplaşmaq hüquqlarının məhdudlaşdırlması demək deyil cənab liderciklər. Siz hər seçkidə olduğu kimi, bu dəfə də məğlub oldunuz. Azərbaycan xalqı sizin boykot qərarınıza yox dedi. Hətta sizin ən demokartik təşkilatlar hesab edib küllü miqdarda qırantlar aldığınız beynəlxalq təşkilatlar belə bu seçkinin necə ədalətli, demokratik keçdiyini etiraf etdilər. Daha nə istəyirsiniz?
Hə, yeri gəlmişkən bir haşiyədə çıxım. Hamı bilir ki, İsa Qənbərov Həcc ziyarətində olub. Amma buna baxmayaraq, jurnalist həmkarlarımdan biri bu yaxınlarda ondan müsahibə götürərkən, İsa "bəy"in şərab içdiyinin şahidi olub. Bu da saxtakarlıqdan danışan İsa "bəy"in saxta həciliyi.