Müxalifət bir daha öz gücsüzlüyünün şahidi oldu
Martın 18-də ölkəmiz üçün olduqca mühüm və böyük əhəmiyyət kəsb edən Konstitusiyanın 29 maddəsinə edilən 41 dəyişikliklə bağlı keçirilmiş Referendum Aktına Azərbaycan xalqı özünün ən yüksək qiymətini verdi.
Beynəlxalq ictimaiyyətin böyük diqqət və maraqla izlədiyi referendum, öz kütləviliyi və seçici fəallığı ilə hər kəsə örnək oldu. Amma bir qrup insan isə bu sevindirici və ürəkaçan prosesin bu dərəcədə yüksək səviyyədə baş tutmasına nədənsə məyus olub. Adını müxalifət qoymuş bu qrupun ölkədə gedən ictimai-siyasi proseslərə hər vəchlə əngəl olmaq məqsədilə növbəti dəfə də xalq tərəfindən hiddətlə qarşılanaraq, layiqli qimyətini aldı.
Konstitusiyanın dəyişiklik edilən maddələrinə əks çıxaraq xalqı refrenduma getməməyə səsləməsi, qədirbilən millətimiz tərəfindən həmin qüvvələrin özlərinin qaranlıq arxivə göndərilməsi ilə nəticələndi. Artıq heç bir metodla cəmiyyətin diqqətini özlərinə yönəltməyi bacarmayan müxalifət, nəyin bahasına olursa-olsun, öz maraqlarını reallaşdırmağı düşünürlər. Amma çox təəssüflər olsun ki, onların bu şəxsi konnekturaları cəmiyyətin iradəsindən keçib getdiyi üçün yazıqlar həmin mərhələni 16 ildir ki, aşa bilmirlər. Kimin onlara arxa durmasından və kimin göstərişlər verməklə ciblərinə pul basmasından asılı olmayaraq, müxalifət elə müxalifətdir ki, müxalifətdir. Azərbaycanda heç də tamam başqa cür başa düşülməyən müxalifətin indiki sakinləri özlərini artıq hansı dona olsun salmağa hızır olduqlarını açıq şəkildə göstərməyə çalışırlar. Sadəcə olaraq, bir məntiqi başa düşmək olmur ki, niyə bu isalar, əlilər, sərdarlar və.s-lər Referendum Aktına qarşı çıxırdılar. Çünki bu prezident seçkiləri deyildi və kiminsə yenidən ömrüboyu arzuladığı prezidentlik istəyi gözündə qalmırdı. Bu seçki xalqın mütləq istəyi və iradəsi əsasında formalaşan Konstitusiyanın bir sıra maddələrinə edilən dəyişiklik idi. Yenə də qeyri-müəyyənlik yaranır ki, bu müxalifət ölkədə nə iş görülürsə, ona "əmma" çıxarmağa çalışır. Amma görəndəki, onun çıxarmaq istədiyi "əmması" öz başında çatlayacaq, o zaman sadə bir yolla küncdə-bucaqda gizlənməyə çalışan müxalifət hansı amal uğrunda əmək sərf etdiyini, deyəsən, yenə də anlamaqda çətinlik çəkir.
Cəmiyyətin gülüş obyektinə yeni bir səhnə kimi daxil olan referendumla bağlı təbliğat və təşviqat kanpaniyası müddətində müxalifətin ənənənəvi sifətlərinin özlərini İctima Televiziya kanalında biabır etmələri, yəqin ki, bir müddət park və xiyabanlarda istirahət edən uşaqların məsxərə hədəfindən düşməyəcək. Ona görə də, Onlara indi pafosla içindəki ikrah hissini və qəlbindəki qara niyyətləri üzə çıxaracaq şəxslər yox, aydın fikirli sağlam düşüncəli kadrların təcrübəsi gərəkdir. Məhz bu prizmadan da müxalifətin cəmiyyətin adından danışmağa nə mənəvi, nə də hüquqi əsası yoxdur.