PDF Oxu

Müxalifət

  • 7

Müxalifət daxilində çaxnaşma davam edir

Müxalifət daxilində çaxnaşma davam edir
Son zamanlar satqınların yuvası hesab olunan radikal düşərgədə vəziyyətin daha da gərginləşməsi heç kəsə sirr deyil. Belə ki, qeyri-ağıl sahibləri olan AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyevanın "ağalıq etdiyi" düşərgədə vəziyyət heç vaxt normal olmayıb. Təbii ki, anormal "bəylər"in rəhbərlik etdiyi partiyalar bundan artıq olmaz.
Xalqın nifrətinə məruz qalan Ə.Kərimov, İ.Qəmbərov, L.Hacıyeva, ADP sədri Sərdar Cəlaloğlu artıq siyasi ömürlərinin son günlərini yaşayırlar. Ancaq satqınçılıqla məşğul olan radikallar beynəlxalq təşkilatların da nifrət hədəfinə çevrilib. Bir zamanlar bu "bəylər"ə "daydaylıq" edən Andres Herkel də onlara "atval" verərək, radikallardan üz çevrib. Artıq avropalı A.Herkel də müxalifətin hansı yuvanın quşu olduğunu başa düşüb. Necə deyərlər, oğurluqla digər pis əməllərin ömrü 40 gündür. Ə.Kərimov kimi "bəylər"in çirkin əməlləri neçə ildir davam edir və həmişə də pis vəziyyətdə özləri qalırlar. Atalar məsəlində deyildiyi kimi, sirkə nə qədər tünd olarsa, öz qabın çatladar. Müxalifət düşərgəsinin isə, qabı çoxdan çatlayıb.
Martın 18-də keçiriləcək referendum da müxalifət daxilində böyük çaxnaşma yaradıb. Belə ki, radikallar arasında fikir ayrılığı son zamanlar müxalifət partiyalarının vəziyyətini daha da ağırlaşdırır. Referendumu boykot etmək qərarını verən siyasətdən bixəbər "bəylər" xalq tərəfindən çoxdan boykot ediliblər. İndi artıq ətrafındakılar da onlardan üz çevirirlər. Meydanda təklənən AXCP (i) sədri Ə.Kərimov, Müsavat başqanı İ.Qəmbərov, ADP rəhbəri S.Cəlaloğlu, ALP-nin sədr əvəzi Əvəz Temirxan kimi çürük fikir sahibləri bir araya gələrək, "fikir mübadiləsi" aparıblar. Bu müzakirələr də yenə qalmaqalla bitib. Çıxış edən İ.Qəmbərov qeyd edib ki, etiraf olunası bir fakt var, bu da müxalifət daxilində yaranan qarmaqarışıqlıq. Yəni Rauf Arifoğlunun Müsavata qarşı çıxması, Eldar Namazovun, AXCP (i)-yə və L.Hacıyevaya qarşı mübarizə aparması müxalifət düşərgəsini daha da pis vəziyyətə salıb. Bunlar Müsavat başqanının səsləndirdiyi etirafdır.
Beləliklə, belə getsə, 2009-cu il radikallar üçün "vida" ili olacaq.

Digər xəbərlər