PDF Oxu

Müxalifət

  • 6

İsa Qəmbərov yeni siyasi fırıldaqlar öyrənib

Müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin daim istifadə etdikləri bircə metodları vardır ki, onlar bu vasitə ilə daha çox öz imkanlarını genişləndirmək və yolları üstünə çıxmaq istəyən şəxsləri özlərindən uzaqlaşdırmaq üçün tətbiq edirlər.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, indi daha çox düşərgə daxilində özlərini "lider" kimi göstərməyə çalışanlar, nəyin bahasına olursa-olsun, təmsil olunduqları partiyalarada daxili əngəllərini aradan qaldırmaq üçün məhz bu cür üsullardan istifadə edirlər. Bu baxımdan da müxalifət daxilində baş verən nüfuz savaşından da məhz bir-birinin urularını mənimsəmək xatirinə kimlərisə qurban vermək ötürü məqam axtarılır. Daha çox diqqətə səbəb olmaq və düşərgə daxilində seçilib-tanınmaq. Aparılan mübarizədə tam şəkildə demək olmaz ki, bir partiya sədri mütləq qalib olub. Çünki istənilən uğur müvəqqəti xarakter daşıyıb. Müəyyən zaman kəsiyində nisbətən irəliləyən partiya sədri, sonradan əks mövqeyə qayıtmalı olub. Bu, nöqteyi-nəzərdən, müxalifət düşərgəsində hər zaman partiya sədrləri arasında çəkişmələr baş verib. Təbii ki, mövcud qarşıdurmalar, ümumilikdə, müxalifətin ziyanına işləyib. İctimai rəyin dəstəyindən məhrum olan müxalifət başbilənləri sıravi üzvlərin də onlardan uzaqlaşmalarına səbəb olublar. Ona görə də, müxalifət düşərgəsi, ümumilikdə, cəmiyyət üçün qəbuledilməz qüvvəyə çevrilib.
Maraqlı məqam ondan ibarətdir ki, müxalifət liderləri martın 18-də keçiriləcək Konstitusiyaya əlavə və dəyişikliklər ərəfəsi fəallıq nümayiş etdirməyə, zorən ictimai rəyə daxil olmağa səy göstərirlər. Onlar gah qeyri-ciddi sonluqla nəticələnən toplantılar keçirir, gah da rayonlarda məzhəkələr qurub, şoular yaradırlar. Hərdənbir onlar hakimiyyət tərəfindən təzyiqlərin olduğunu uyduraraq hay-küy qoparırlar. Xüsusilə də, referendum üzrə təşəbbüs qruplarının bölgələrdə imzatoplama kampaniyası apardığı zaman, radikal müxalifət çirkin vasitələrin bütün incəliklərindən istifadə etməyə səy göstərib. AXCP (i) sədr müavini Həsən Kərimov partiyanın yerli təşkilat üzvlərinin həbs olunduğunu iddia edibsə, Müsavatın seçki qərargahının katibi Gülağa Aslanlı onlara imzatoplama kampaniyasında maneələrin törədildiyini uydurub. Hətta məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciətlər də olunub. Amma MSK-da yaradılan komissiyanın apardığı araşdırmalar nəticəsində müraciətlərin yalan olduğu üzə çıxıb.
Bu cür qarayaxmalar onu deməyə əsas verir ki, İ.Qəmbərov bu günə qədər siyasi fəaliyyəti ərzində tətbiq etmədiyi və ya edə bilmədiyi hər cür cəfəngiyyatı bundan sonra həyata keçirmək niyyətindədir. Bu niyyətin reallaşması İ.Qəmbərov üçün problemlər yaşadacağı şübhə doğurmasa da, başqan ruhdan düşmək niyyətində deyil.
Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlu isə, İ.Qəmbərovun ifrat dərəcədə radikallıq nümayiş etdirməsinin partiya üçün acınacaqlı nəticələrə səbəb olacağı qənaətindədir. Onun sözlərinə görə, cəmiyyət, eləcə də, müxalifət düşərgəsində təmsil olunan sıravi müxalifət üzvləri radikallığı qətiyyətlə rədd edirlər. Ona görə də, İ.Qəmbərovun siyasi fəaliyyət istiqamətini, məlum olmayan səbəblərdən, daha da kəskinləşdirməsi Müsavat üçün arzuolunmaz nəticələrlə yekunlaşa bilər: "Müsavatın əksər rayon təşkilatları ictimai sifarişə uyğun olaraq, İ.Qəmbərovla birgə siyasi mübarizəyə son qoyacaqları qənaətindəyəm. Bu, reallıqdır, düşünürəm ki, özünü siyasətçi hesab edən hər bir şəxs bu reallığı qəbul etməlidir."
TAPDIQ

Digər xəbərlər