PDF Oxu

Müxalifət

  • 2

Herkel də müxalifətdən bezib

Herkel də müxalifətdən bezib
Müxalifətinki qara gətirir. Bunlar referendumla bağlı özlərini yerə sürtüb nəsə qazanmaq istədilər, amma heç bir beynəlxalq təşkilat bunlara yaxın da durmadı. İndi də başlayıblar AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Anders Herkelin adından danışmağa.
Guya ki, bu adam ölkəmizə gələcək, AŞ PA yeni həmməruzəçi təyin edəcək və müxalifətə nə qədər desən para verəcək. Yalançının..., nə isə. Bu aralarda referendum məsələsini bəhanə edib, hay-küy qaldırmaq istədilər. Amma yenə alınmadı. Camaat gözünə döndüyüm keçirilən görüş və toplantılarda fəal iştirak edərək Konstitusiya əlavə və dəyişiklikləri dəstəklədiklərini nümayiş etdirdilər və hazırlaşırlar ki, martın 18-də bu dəyişikliklərə səs versinlər. Məşhur sovet şairi Mayakovskinin sözü olmasın, alın a, yana yana qalın a!
Deyirəm əgər dünya üzrə bütün müxalifət zümrələrini bir yerə yığsalar, Azərbaycan müxalifəti qədər sümsük qrupları heç bir yerdə tapılmaz. Niyə? Çünki bu adamlar iyirmi ilə yaxındır ki, siyasi səhnədə ayaq döyürlər, amma yüz cür məğlubiyyət və rüsvayçılıq müqabilində yenə də müxalifətdən "çörək yeri" kimi istifadə edirlər, bu düşərgədən bir yana tərpənmək fikirləri də yoxdur. Siyasi həyasızlığın bir axırı olmalıdır, amma bunlarda bu, heç yüz il sonra da görünmür. Utanmadan aldadıb bədbəxt günə qoyduqları sadə müxalifətçiləri yenə öz maraqları üçün "iqraya" çevirmək istəyirlər. Hətta durum o yerə çatıb ki, bunlardan bezib gedənlərdən tutmuş rəhmətə gedən keçmiş müxalifətçilərə qədər onların adlarını öz qovluqlarında saxlayıb say "çoxluğunu" beynəlxalq təşkilatların gözünə dürtmək istəyirlər. Axı qarşıda parlament seçkiləri gəlir və  yenə "oynamaq" üçün "delo" lazımdır. Amma beynəlxalq təşkilatlar da beş-on il bundan əvvəlki həriflər deyillər və radikal "bəylər"in bu "piryomunu" onların özündən də yaxşı bilirlər.
 Məsələn, İsa Qəmbərov və ya Əli Kərimov durub Andres Herkeli və Qrossu aldada bilərlərmi? Qətiyyən. Çünki bu avropalı deputatlar neçə illərdir ki, yüz minlərlə dollar qrant müqabilində eşşək kimi "oynatdıqları" bu siyasi "maşenniklər"in dabbaqda gönünə də bələddirlər. (Görünür, yaradan bunların da qismətini radikallarla bir gündə "kəsib" də!). Onlar qəti bilirlər ki, hansı partiya rəhbərinin neçənci ildə neçə "qrexi" və "oşibkası" var. Demək olar ki, Herkel və Qross müxalifətşünaslıq üzrə, pis çıxmasın, "professordurlar". Bu adamları aldatmaq üçün müxalifət bir-iki dəfə əməlli-başlı cəhd edib, amma alınmayıb ki, alınmayıb.
Bir neçə il bundan əvvəl radikallar "hüquq müdafiəçiləri" ilə birləşib "siyasi məhbus" siyahısı hazırlamışdılar və bu "siyahı" o dərəcədə komik idi ki, bütün AŞPA-dakı deputatların əksəriyyəti bu məsələyə gülməkdən uğunmuşdular. Hətta Strasburqa qaraçı sifətində gedən bir qrup "hüquq müdafiəçiləri" də o zaman bu biabırçılığın məsuliyyətini bir-birinin üzərinə atmışdılar və onların aralarındakı həmin münaqişə indi daha kəskin şəkildə davam edir. İndi də bunların fikirləri var ki, AŞPA-nın "siyasi məsələlər üzrə" həmməruzəçisini təyin etsinlər.  Anadolu türkləri demişkən, "şanslarını bir daha dənəsinlər". Amma fakt odur ki, bunların "dənəyəsi" bir şansı da qalmayıb.

Digər xəbərlər