Müxalifət düşərgəsi iflic olub
Azərbaycan müxalifəti dünyanın ən bədbəxt insanlarıdır. Çünki onlar hələ də ağa qara, düzə əyri demək vərdişlərindən əl çəkmirlər. Ümumiyyətlə, satqınçılıq, xainlik, ikiüzlülük müxalifətin "menyu"suna daxildir. Yəni onlar üçün həmkarını, hətta xalqını 5-10 manat pula görə satmaq adi haldır. Çünki adıçəkilən düşərgənin L.Hacıyeva, Əvəz Temirxan, Əli Kərimov, İsa Qəmbərov kimi "ağaları" var. Təbii ki, adlarını qeyd etdiyim şəxslərin başçılıq etdiyi müxalifət düşərgəsindən nə gözləmək olar? Pis əməllərdən savayı, heç nə. "MBH" lideri L.Hacıyeva bir zamanlar əməkdaşlıq etdiyi "Azadlıq" blokunu, eləcə də əlaltısı olan Ə.Temirxanı satqınlıqda ittiham edir. Bu da onu göstərir ki, "MBH"-nin liderinin "siyasi savadı" dünyagörüşü, düşüncəsi dayazdır. Əgər belə olmasaydı, o, İ.Qəmbərovun, Ə.Temirxanın, Ə.Kərimovun necə adam olmalarını əvvəldən bilməli idi.
İ.Qəmbərovun necə "bəy" olduğunu hər kəs çoxdan bilir. 2003-cü il prezident seçkilərində qadınları, uşaqları "qoçlarının" ayaqaltında əzən Müsavat başqanının demokratiyadan danışmağa özünü "xalqın təəssübünü çəkən" kimi qələmə verməyə ixtiyarı varmı? Təbii ki, yox. Əgər İ.Qəmbərov siyasətçi olsaydı, xalqını düşünsəydi, onun ətrafındakılar ondan üz çevirməzdilər.
Əslində L.Hacıyeva, İ.Qəmbərov haqqında dediklərimizi AXCP (i) kimi "cırtdan" quruma sədrlik edən Ə.Kərimov haqqında da demək olar. Çünki hamısı bir bezin qırağıdır. Aqil Xəlilov, Ruslan Bəşirli olayları AXCP (i) sədrinin necə adam olmasını bir daha açıb göstərdi. Belə ki, Ə.Kərimov siyasi gündəmdə qalmaqdan ötrü öz ətrafındakıları oyunlarının qurbanına çevirməkdən, çirkaba atmaqdan belə çəkinmədi. Məhz buna görə də AXCP (i) sədri indi meydanda tək-tənha qalır. Necə deyərlər, bu dünyada öz yaxşı və ya pis əməllərinə görə, payını alır.
Beləliklə, müxalifət yaxşı olsaydı, xalq da onlara dəstək olardı və ən azından onların ətrafındakılar "bəylər"i tərk etəzdilər. Bunların əsas səbəbi isə həmin partiya liderlərinin yarıtmaz "fəaliyyətləridir". Xülasə, Azərbaycan müxalifəti ölü müxalifətdir.