PDF Oxu

Müxalifət

  • 2

Rəsul Quliyev ABŞ-dan qovuldu “ACP” liderinin Vyanada olduğu bildirilir

Rəsul Quliyev ABŞ-dan qovuldu “ACP” liderinin Vyanada olduğu bildirilir
Tarixi siyasi proseslər sübut edir ki, xaricə qaçıb, Azərbaycan əleyhinə seçki kampaniyası aparmaq son nəticədə iflasa uğrayır. Bununla bağlı çoxsaylı misallar, faktlar göstərmək olar. Eks-spiker Rəsul Quliyevin timsalında satqın, xəyanətkar yol tutanların ifşa olunmasına və apardıqları anti-təbliğatın iflasa uğramasını ümumi misal göstərmək olar.
R.Quliyev 1996-cı ildə ABŞ-a qaçdıqdan sonra anti-Azərbaycan mövqeli qüvvələrlə birləşərək Azərbaycan əleyhinə ən çirkin texnologiyalardan istifadə etməklə kampaniya aparıb. Amma bütün cəhdlər uğursuzluqla nəticələnib. Çünki beynəlxalq aləmdə Azərbaycanın imicinin kifayət qədər yüksək olması, hüquqi-demokratik dövlət quruculuğuna ölkədə sədaqət nümayiş etdirilməsi, insan hüquq və azadlıqlarının ən demokratik qanunlarla müdafiə olunması, aparılan təbliğatın iflasa uğramasına gətirib çıxarıb. Məhz bu və digər amillərə görə, R.Quliyevdən bir alət kimi istifadə edənlər də ondan üz döndəriblər. Artıq araşdırmalara və proseslərin inkişafına əsasən, demək olar ki, R.Quliyev gizləndiyi Nyu-Yorkda ən arzuolunmaz şəxs hesab edilir. Dəfələrlə keçmiş əqidə yoldaşları tərəfindən tənqidlərə, təhqirlərə məruz qalan R.Quliyev satılması nəticəsində qısa müddətə də olsa polis koloniyasında zorakılığa da məruz qalıb. Ötən həftə isə R.Quliyev faciəsinin pik nöqtəsi olub. 13 ilə yaxın bir müddətdə Nyu-Yorkda "yaşayan" R.Quliyev ölkədən qovulmalı olub. Bu barədə "Tayms.zu" saytına istinadən "Səs"ə daxil olan məlumata görə, fevralın 9-da gecə polis əməkdaşları ənənəvi sənəd yoxlanışı zamanı "Parker" gecə klubunda olan R.Quliyevi saxlamalı olub. Çünki R.Quliyevin sənədlərində ABŞ qanunlarına zidd müddəalar aşkarlanıb. Bu pozuntu halı R.Quliyev tərəfindən edilən dördüncü saxtakarlıq olduğundan polis onu ölkədən deportasiya etmək məcburiyyətində qalıb. Saytın məlumatına görə, R.Quliyevlə yanaşı, Kuba, Venesuela, Vyetnam, Əfqanıstan və Türkiyə vətəndaşlarından ibarət 114 nəfər Nyu-York aeroportundan Avropaya yola salınıb.
"Səs"in araşdırmasına görə, R.Quliyev Parisdə iki gün qaldıqdan sonra Avstriyaya getməli olub. Hazırda onun Vyana şəhərində olduğu bildirilir.
Qeyd etmək yerinə düşər ki, 1999-cu ildə R.Quliyev Avstriyanın neft şirkətlərinin biri ilə 300 milyon dollar dəyərində əməkdaşlıq müqaviləsi imzalamışdır. Amma sonradan Rusiyanın "Lukoyl" neft kompaniyası qazma və istismar işlərini təkbaşına həyata keçirmək niyyətində olduğunu bəyan etdiyindən R.Quliyevin imzaladığı müqavilə elə kağız üzərində qalmalı olmuşdur. Bununla belə R.Quliyev 300 milyon dollar vəsaitinin 150 milyonunu almağa müvəffəq olmuşdur. Razılaşmaya görə, qalan 150 milyon dollar 2005-ci ildən sonra hissə-hissə R.Quliyevə ödənilməli idi. Artıq R.Quliyev ona çatacaq vəsaitin təqribən 45 milyon dollarını ala bilib. 105 milyon dolları isə 2015-ci ilə qədər R.Quliyevə ödənilməsi nəzərdə tutulub. Məhz bu amilə əsaslanan R.Quliyev Vyanada qalmağa üstünlük verib. Onun burada nə qədər qalacağı isə qaranlıqdır.

Digər xəbərlər