PDF Oxu

Müxalifət

  • 8

Liberallar da parçalanır

Liberallar da parçalanır
Müxalifət partiyalarının əksəriyyətində baş qaldıran daxili münaqişələr bir çox partiyaların sıradan çıxmasını sürətləndirib. Xüsusilə, bir fakt var ki, qarşıdakı referendumla bağlı bütün təxribat planları tamamilə boşa çıxan radikal düşərgə təmsilçilərinin, daxildəki çatları aradan qaldırmağa gücləri çatmır.
Bu, gün kimi ortadadır. Elə Müsavat partiyasının açıq şəkildə çat verməsi, Rauf Arifoğlunun öz qəzetini də götürüb yeni ofisə köçməsi və bununla da İsa Qəmbərovdan tamamilə asılılığını aradan qaldırması düşərgəni silkələyir. Müsavatdan getdiyi heç beş gün deyil, R.Arifoğlu anti-İ.Qəmbərovçuları başına yığmaqdadır. Həmçinin, partiyalar arasında səngiməyən qarşıdurmalar və qeyri-prinsipiallıq əksər müxalifət funksionerlərinin düşərgədən üz çevirmələrinə səbəb olub. Radikal prinsiplər əsasında idarə olunan müxalifət partiyalarına xarici donor təşkilatların ayırdığı vəsaitlər kəsildiyindən, onlar sadəcə "ölü qurum" xarakteri daşıyırlar. Elə martın 18-də keçiriləcək referendum əleyhinə səs-küy qaldıran radikal düşərgənin sonda yenə fiaskoya uğraması və fıs çıxması bir yandan onların siyasi meyit olduqlarını dünyaya çatırırsa da, başqa bir yandan bu qüvvələrin beynəlxalq təşkilatların "qara siyahısında" olduğunu da fakt kimi ortalığa çıxarır. Xarici qrantların kəsilməsi radikal müxalifəti terrora və cinsi azlıqlara dəstək çıxmağa vadar edib. "Azadlıq" blokunda təmsil olunan ALP "şefi" Lalə Hacıyevanın partiyası da çat verir. Neçə illərdir ki, Əvəz Temirxanı "sağ əli"nə çevirən "MBH" lideri, deyəsən, onunla yollarını ayırmaq niyyətindədir.
Xatırladaq ki, bir müddət öncə də ALP-də sədrlik qalmaqalı meydana çıxmışdı və həmin vaxt da L.Hacıyeva icraiyyə komitəsinin sədri vəzifəsini idarə edən Ə.Temirxanı tutduğu postu idarə edə bilmədiyi üçün təzyiq və tənqidlərə məruz qoymuşdu. Məhz partiya "lider"i Lalə Hacıyevanın diqtəsilə bu posta yiyələnmiş Ə.Temirxan sonda həmin şəxs tərəfindən də ifşa edildi. Müxalifət düşərgəsinin xüsusiyyətlərdən bixəbər olan Ə.Temirxan L.Hacıyevanın onu da ixtisara salacağını bilmirdi. Xarici bonusların sayəsində öz külliyyatını artıran L.Hacıyevanın son zamanlar mövqeyində etdiyi dəyişiklik, məhz onun ətrafındakılardan da yan keçmədi. Ə.Temirxanla aralarında yaranmış anlaşılmazlığın hansı zərurətdən meydana çıxmasına münasibət bildirməkdən boyun qaçıran L.Hacıyeva partiyadaxili münasibətlərin müzakirə mövzusu olmadığını söyləyib. Partiya münasibətlərinin açıq müstəviyə keçməsini qeyri-normal adlandıran L.Hacıyeva, məhz bir sıra müxalifətdaxili maraqlı şəxslərin diqtəsilə yaranmış olayların reallığı əks etdirmədiyini bildirib.
L.Hacıyeva, müxalifətin arzuolunmaz səviyyədə olmadığını və bu gedişlə heç nə əldə etməyəcəyini açıqlayırsa, deməli, situasiya lap gərgindir. Ə.Temirxan partiyada arzuolunmaz bir şəraitin hökm sürdüyünü bildirib. Baş verənlər isə onsuz da kritik gərginlik içində olan radikal düşərgənin vəziyyətinin hələ daha da ağır olacağını göstərir. Artıq L.Hacıyevanın da ALP-nin parçalanmasına mane olmayacağı dəqiqləşdiyindən bizi "sürpriz" dolu proseslərin gözlədiyi tam dəqiqdir. ALP-nin bu duruma düşməsi isə həm də "Azadlıq" blokunun rəhbərlərindən biri olan L.Hacıyevanın mövqelərini ciddi şəkildə laxladacaq və bu da onun qatı oppenenti olan Əli Kərimovun xeyrinədir.

Digər xəbərlər