PDF Oxu

Müxalifət

  • 4

“Kölgə kabineti” ideyası müxalifətin yeni problemidir?

“Kölgə kabineti” ideyası müxalifətin yeni problemidir?
Son zamanlar radikal müxalifət düşərgəsindən az qala ictimai müzakirəyə çıxarılan sərsəm ideyalar eşidilir. Elə məhz bu sıradan da, "İctimai Palata"nın adının bir neçə məsələdə, xüsusən də, "kölgə kabineti" ilə bağlı söz-söhbətlərdə hallanmasını müşahidə edilir. Eyni zamanda, burada daha çox özünəməxsus fikir və ideyalar müəllifi olan AXP "lider"i Pənah Hüseynovun üzərində xüsusi olaraq dayanmaq lazımdır. Hər bir halda həm düşərgə daxilində, həm də ondan kənarda bu məsələyə xüsusi yanaşmalara da rast gəlinir. Sabiq müsavatçı, politoloq Qabil Hüseynli də, "Səs"ə açıqlamasında müxalifət daxilində cərəyan edən hadisələri izlədiyini və olanların heç də müsbət sonluqla bitməyəcəyinə dair gümanlara malik olduğunu söylədi. Onun fikrincə, müxalifətin aparıcı qüvvəsi adına iddialı olan xeyli qüvvələr var və onların heç biri də bu adın kriterilərinə cavab vermir. Q.Hüseynlinin sözlərinə görə, Azərbaycanın müxalifət düşərgəsində müxalifətçilik etmək istəyində olan qüvvələrlə yanaşı, ortodoksal mövqe tutan təşkilatlar və şəxslər də var. Azərbaycanda siyasi müxalifətin təsnifatı üçün mütləq şəkildə bəlli meyarların formalaşdırılmasına ehtiyac duyulur- deyən Q.Hüseynli məhz müxalifət qüvvələrindən danışanda da o meyarlardan çıxış etmək lazım olduğunu söyləyib. Politoloq, həmçinin, "İctimai Palata"da "kölgə kabineti"nin formalaşdırılması ideyasının müəllifliyi ilə bağlı Pənah Hüseynovun səsləndirdiyi iddialarla razılaşmadığını da vurğulayıb. Amma düşünmək olmaz ki, bu ideya baş tutacaqdı deyən Q.Hüseynli bunu ümumi rəyi yoxlamaq üçün səslənən bir fikir kimi xarakterizə edib. "Çünki Pənah "bəy"in özü açıqlama verərək deyib ki, elə söz söyləməyib və "kölgə kabineti" ideyasının bir neçə siyasətçinin ideyası, təşəbbüsüdür. Yəni P.Hüseynov iddiasından geri çəkildi. Ümumiyyətlə, "kölgə kabineti" ideyasının yaxşı təşəbbüs olduğunu düşünmürəm. Çünki bu təşəbbüs fikir ayrılıqları, gərəksiz diskussiyalar və "İctimai Palata"nın "kölgə kabineti"nə qoşulmaq uğrunda mübarizələrin yaranmasına səbəb olacaq. Bundan başqa, "kölgə kabineti"nin formalaşdırılmasına ciddi ehtiyac görmürəm" deyə Q.Hüseynli əlavə edib.

Digər xəbərlər