PDF Oxu

Müxalifət

  • 12

“İctimai Palata”nın yanlış mitinq qərarı

“İctimai Palata”nın yanlış mitinq qərarı

İyunun 19-da mitinq keçirəcəyik deyə bir neçə gündür ki, hay-küy salan AXCP (i)-nin sədr müavini Gözəl Bayramlı ümumi müxalifət adından danışmağa başlayıb. Onun iddiasına görə, mitinq üçün artıq konkret yer müəyyənləşib və ümumi rəyin əsasında bu proses baş tutacaq. Eyni zamanda, bu məsələni Müsavat partiyası ilə də razılaşdırdıqlarını bildirən G.Bayramlı son günlər fəaliyyətində bir qədər də irəliləyişlər etmək iddiasına düşüb.
Sadəcə olaraq, maraqlı və diqqət çəkən nüans odur ki, bu günə qədər "İctimai Palata"da ümumi müxalifət partiyalarından hər kəsin təmsil olunduğunu və buranı az qala bir "beyin mərkəzi" kimi təqdim edənlər, yəqin ki, nə dərəcədə yalan danışdıqlarının fərqindədirlər. Necə oldu ki, müxalifətçilərin dediyi həmin o mərkəzdən birdən-birə havaya sovruldu və "İP" adından G.Bayramlı kimi birisi danışmağa başladı. Müxalifətin özü kimi də, potensiala malik olan "İP"-in adından verilən 19 iyun mitinq bəyanatının məhz G.Bayramlının dilindən səsləndirilməsi də ortaya suallar çıxarır.

Saman çöpünə möhtac qalan müxalifət

Mitinq qərarını G.Bayramlı Müsavatın başqan müavini Tofiq Yaqublunun adından verən "İP"-ə özünün gizlin tərəflərini də növbəti dəfə açıb göstərib. Çünki müxalifətin adından mitinqdən danışan hər iki şəxsin "siması"ndan bu məsələnin kəmiyyət və keyfiyyət göstəriciləri də sezilməkdədir. Sadəcə olaraq, "bizim "İctimai Palata" kimi böyük potensialımız" var deyən müxalifət yetkililəri, "imkan" və "potensial" anlayışını Gözəl Bayramlının nümunəsində görürmüşsə, buna nə söz! Digər bir yandan müxalifət düşərgəsində adam yerinə qoyulmayan bir şəxsin, yəni Tofiq Yaqublunun mitinqdən danışmasının özü də G.Bayramlı ilə həmahəng formada başqa ünvanlara gedir çıxır. Təbii ki, biz oxucularımızın diqqətini bu cür ünvanlara yönəltmərik. Amma hər halda, reallıqdan xəbərdar olmaq da bizim istəyimizdir. Sanki müxalifət düşərgəsindəki gəminin kapitanı ölüb... Ümid saman çöpündən yapışa biləcək şəxsə, yəni G.Bayramlı və T.Yaqublu "ikiliyinə" qalıb. Bu isə müxalifətin 19 iyunda keçirmək iddiasına düşdüyü mitinqin ştrix və kodlarının açılması deməkdir ki, gör onların ümidi kimlərə qalıb.

Əli Kərimovla İsa Qəmbərov indi tamam çılpaqlanıblar

Əgər müxalifətin "real güc" mərkəzi hesab olunan "İctimai Palata" adından verilən qərarlar AXCP (i)-nin Gözəl Bayramlısının, Müsavatın Tofiq Yaqublusunun dilindən səslənirsə, vay onların halına. Bəs nə oldu cəmiyyətin aparıcı üzvləri sizin "İP"-də idi yoldaş Kərimov və Qəmbərov. Yoxsa siz cəmiyyətin aparıcı "sima"larını G.Bayramlıdan o tərəfə görə bilmirsiniz. Yəqin ki, gördüyünüz ən uzaq nöqtə T.Yaqublunun dayanmış olduğu iks nöqtəsidir. Digər bir rakursdan onların "bizim sıralarımızda alimlər var deyəndə, Mirzə Sakit demişkən, molla Nurəddin Məmmədli, yəni dovşan yemi üzrə tədqiqatçı" nəzərdə tutulurmuş. Yoxsa AXCP (i)-nin Mozambik şöbəsindən gətirilənlər Fuad Qəhrəmanlıdan başqa heç kəslə "dil" tapa bilmirlər. Bütün bunlar və sadalanmayanlar, sadalanması belə eyib sayılanlar müxalifətin "potensialı"dırsa, buna cəmiyyət necə qiymət verməlidir ki?

Digər xəbərlər