PDF Oxu

Müxalifət

  • 10

İsa Qəmbərov Fransaya çağırılıb

İsa Qəmbərov Fransaya çağırılıb

Məlum olduğu kimi, yaxın bir-iki aya Müsavat partiyasının keçirəcəyi qurultayla bağlı hazırlıq işləri görülməsi və təşkilat komitəsinin yaradılması barədə "Yeni Müsavat" qəzetində məlumat verilmişdi. Lakin onun səhərisi günü elə "Yeni Müsavat"da heç bir hazırlıq işlərinin getmədiyini və qurumun qurultayının keçirilməsinə dair yaradılan təşkilat komitəsində hazırkı başqan İsa Qəmbərovu "gördüm" deyən olmayıb.

Partiyadan "Səs"ə yaxın mənbənin məlumatına görə, Müsavat partiyasının başqanı İ.Qəmbərov Fransaya çağırılıb. Onun bir neçə gün öncə belə bir məktubun göndərildiyi bildirilsə də, guya başqan məhz indi bu xəbəri yayılmasına razılıq verib. O zaman ortaya belə bir sual çıxır: İ.Qəmbərov nə səbəbə və kimlərdən çəkinərək belə bir məsələni gizli saxlayır? Yaranmış sualın cavabı açıqlanarkən bir çox gizli məqamlar ortaya çıxır: bir tərəfdən, ilk növbədə, İ.Qəmbərov partiyasında olanlardan bixəbər formada özünü göstərməklə bir qədər fərqli metoddan istifadə etmək istəyir. İkincisi isə görünür, İ.Qəmbərov üçün partiya daxilində qurulmuş cəza mexanizmi onun hər hansı məsələ ilə bağlı açıqlama verməsini də çətinləşdirmişdi. Ona görə də, İ.Qəmbərov öz tərəfdarlarından qorxa-qorxa da olsa, nəhayət, səfərini açıqlamalı oldu. Amma onun bu səfəri açıqlamaq üçün də həvəssiz olduğu bildirilir. Çünki İ.Qəmbərovdan konkret hesabat sorulacağına görə, o, indi "qanıqara" formada dolaşır.

Daxili çəkişmələr məngənəsindən məhvə məhkum olmuş Müsavat partiyası

Uzun müddətdir ki, daxili münasibətlərdə normal qaydaları yaratmaqda çətinlik çəkən Müsavat başqanı İ.Qəmbərov indi daha çıxılmaz bir durumla üzləşib. Bu il başqanlıq müddətinin başa çatmasına rəğmən İ.Qəmbərov, hələ də, postundan bərk yapışıb. Qurum daxilində isə, ona "artıq get" deyə mesajlar, bəyanatlar ünvanlanır. Bir qədər əvvəl bu problemi birdəfəlik həll etmək üçün başqanlıqdan gedəcəyini bildirən İ.Qəmbərov sonradan fikirini dəyişməli olub: "Qurultaya qədər bu məsələnin qabardılmaması lazımdır. Çünki prosesin axarında kimin başqanlığa layiq olduğu hər kəsə aydın açıqlanacaq".

Amma bir neçə günlük münasibətlərdə səngimələr yaransa da, sonradan müsavatçıların əsəbləri növbəti dəfə tarıma çəkilib. Çünki onlar İ.Qəmbərovun başqanlığı müddətində Müsavat partiyasının günbəgün geriyə doğru hərəkət etdiyini müşahidə ediblər. Ona görə də, İ.Qəmbərova Müsavatın başqanı postunu könüllü şəkildə "tərk et" xəbərdarlığı verən qurum daxili qüvvələr əks təqdirdə atılan addımın çox sərt olacağını da bildiriblər.

İsa Qəmbərovun Fransaya çağırılması onun qanını "it qanına" döndərib

İ.Qəmbərovun Fransaya çağırılması başqanı heç də sevindirmədi. Bu günlərdə Fransaya çağırılan Müsavat başqanı İ.Qəmbərovdan Corc Sorosun verdiyi pulların hesabatı istəniləcək. Bunu Müsavat daxilindəki mənbəmizin verdiyi məlumata görə, bir həftə öncə İ.Qəmbərov göndərilmiş məktubu oxuyarkən əsəbi halda "bunlar da, beş manat verib, dərdindən dəli olanlardandır" deyə vurğulayıb. Elə onun bu yanaşmasından açıq-aydın görünür ki, başqan üçün Fransa səfəri geridə buraxdığı Almaniya səfəri qədər "ruhverici" olmayacaq. Birincisi, onun orada "dost"larından, yəni Aram Manukunyan başda olmaqla digərlərinin olacağı sırf təsadüf ola bilər. Digər bir tərəfdən isə İ.Qəmbərov Fransaya pul qoparmaq üçün deyil, aldığı pulların hesabatanı verməyə çağırılıb. Ona görə də, indi İ.Qəmbərovun qaşı-qabağı yerlə gedir. Sanki, dəryada gəmiləri tufana düşüb.

Rəfiqə Hüseynova

Digər xəbərlər