PDF Oxu

Müxalifət

  • 7

Müxalifət düşərgəsində yaltaqlıq sindromu

Müxalifət düşərgəsində yaltaqlıq sindromu

Öz fəaliyyətlərini siyasət adı ilə pərdələməyə çalışan müxalifət təmsilçilərinin daxili mənəvi - psixoloji keyfiyyətləri son günlər daha çox gündəmə gətirilir. Düşərgədə təmsil olunan iki qohumun, qardaşın, ata və balanın hökmən müəyyən bir müddətdən sonra üz-üzə dayanmasını, yəqin ki, hər kəs müşahidə edib.
Bəs bu halın yaranmasını hansı zərurətlər məqbul edir? Hələlik, bu sualla bağlı müxalifət təmsilçilərinin özləri-özlərinə də müraciət etməyiblər. Amma müxalifət düşərgəsində baş verən hər bir mənfi tendensiyanın arxasında bir sıra maraqların dayanması, bütün bunların isə ikrah doğuracaq həddə qədər yüksəlməsi ictimai şüurun etirazına səbəb olur. Ona görə də, mövcudluğu müddətində öz daxili münasibətlərini tənzimləməkdə çox böyük çətinliklərlə üzləşən radikal müxalifət təmsilçiləri heç bir halda bu mənfi tendensiyadan qurtulmağa çalışmayıblar. Birincisi, ona görə ki, müxalifətə bu cür hallar sərf edir. Onlar öz şəxsi ambisiyalarını reallığa çevirmək üçün bəzən düşərgədaxili süni qalmaqallar da təşkil edirlər. İkinci bir hal isə onunla bağlıdır ki, ortada olan nə varsa, onu bölmək müxalifətçilər üçün həmişə böyük müşkülə çevrilir.

Müxalifət düşərgəsində yaxın qohumlar bir-birinə düşmən gözü ilə baxır

Hər bir insan malik olduğu keyfiyyətləri ilə digərlərinə ən azından müəyyən dərəcədə əqli inkişafın bir pilləsinə də çatmayanlara nümunə ola bilər. Bu nümunənin onun daxili istək və arzularından, eyni zamanda, qeyri-ixtiyari formada da müşahidə olunması mümkündür. Amma çox təəssüf və təəccüblə qeyd etməliyik ki, hələ də müasir və modern Azərbaycan cəmiyyəti daxilində özlərini bütün dəyişikliklərdən uzaqda saxlamış qüvvələr mövcuddur. Bəzi hallarda cəmiyyətin inkişaf istiqamətlərindən geridə qalmış bu qüvvələr üçün uyğunlaşma məsələsində də, problemi görmək mümkün olur. Çünki dəyişmək istəməyənlər dəyişikliyə də dözümsüzlük nümayiş etdirirlər. Bu da, öz növbəsində, geriliyin, arxaya baxmadan düşünməyin bir tendensiyasıdır. Sadalananların müqabilində müxalifətin xüsusi olaraq bu məsələlərdə tam gerilikçi yol tutması bunun əyani isbatıdır. Çünki hələ də, kimsə müxalifət düşərgəsində iki qardaşın səhər evdən doğma şəkildə çıxdığını lakin adıçəkilən ünvandan qayıtdıqdan sonra tamam əks mövqedə dayandıqlarını hər kəs açıq şəkildə görür. Başa düşmək olmur ki, bu lənətə gəlmiş müxalifət düşərgəsində nə var ki, qardaşı-qardaşa qarşı qaldırır. Bəlkə də onlar bizim əsrlərdən bəri qoruyub saxladığımız milli keyfiyyətlərimizi heç cür həzm edə bilmirlər. Qardaşın qanını qardaş alar deyib atalarımız. Amma müxalifətçilərin timsalında bizlər bunun tam əksini görürük ki, qardaş-qardaşdan qisas alır.

İnsanlığın heçə endiyi bir ünvan- radikal müxalifət düşərgəsi

Yuxarada qeyd etdiyimiz bütün keyfiyyətləri özündə cəm etmiş müxalifət düşərgəsində bir məsələ "prinsip" kimi qəbul olunur ki, o da yaltaqlıq və ikiüzlülükdür. Bəzən dünənə qədər bir-birinə qarşı ən sərt formada mövqe sərgiləyən iki şəxsi "mehriban" bir aurada görürsən. Yaltaqlanmaqla, yarınmaqla, kimdən-kimə, ünvandan-ünvana keçən müxalifət təmsilçiləri üçün normal insana xas olmayan bu xüsusiyyətlər əsas "şərt" hesab olunur. Bunun saçı-saqqalı ağarmış, başında tükü qalmamış qocaman yaltaq müxalifətçilərin timsalında görmək mümkündür. "Bəlkə bu dəfə birinə yarınaraq, öz maraqlarımı təmin etdim" deyən müxalifət təmsilçiləri üçün bundan "keyfiyyətli" nəyinsə olduğunu düşünmək də çətindir. Təki maraqları təmin olunsun, onlar üçün gündə birinin qoltuğuna sığınmaq o qədər də çətin deyil...

Tapdıq Qurbanlı

Digər xəbərlər