PDF Oxu

Müxalifət

  • 9

“İctimai Palata”da yeni narazılıqlar baş qaldırıb

“İctimai Palata”da yeni narazılıqlar baş qaldırıb

Yarandığı gündən başlayaraq, bu günə qədər müxtəlif sferalarda cərəyan edən ziddiyyətlər qondarma qurum hesab edilən "İctimai Palata"dakı vəziyyəti daha da gərginləşdirməkdədir. Düşərgə daxilində "ana müxalifət" rolunu öz üzərinə almaq iddiasında olan partiyaların didişməsi fonunda heç bir irəliləyiş əldə olunmamaqla bahəm, digər mövzularda da üst-üstə düşməyən fikirlər kimin hansı vəzifəni həyata keçirməsini sual altında qoyur. Əslində, bu cür hadisələr qondarma qurum yaranandan üzübəri bir neçə dəfə təkrar olunub. Daha dəqiq desək, bugünə qədər keçirilən hər bir qanunsuz aksiyadan öncə və sonra, baş verən biabırçılıqların günahkarları bir-birlərində səhvlər axtarmaqla məşğul olurlar. Bu isə təbii olaraq, daxili ziddiyyətlərin daha effektiv genişlənməsinə şərait yaradır.

Müsavat və AXCP (i) kimi siyasi partiyaların mətbuata verdikləri açıqlamaları cəmiyyətdə çaşqınlıq yaratmaq kimi amilləri ortaya qoyur. Məsələn, "Yeni Müsavat" və "Azadlıq" qəzetlərində ""İctimai Palata"nın tərkibi genişlənir" kimi başlıqlı yazıların getməsi əsil həqiqətləri gizlətmək məqsədini daşıyır. Xatırladaq ki, onlar iddia edirdilər ki, guya həmin quruma digər "palata"da olmayan partiya nümayəndələri də qatılırlar. Belə ki, buraya VHP, BQP, BAXCP, "Ədalət" kimi partiya funksionerlərinin də qatılması baş verib və gələcəkdə həmin siyasi təşkilatların bütövlükdə "İctimai Palata"da təmsil olunacaqları bildirilir. Ancaq araşdırmalarımız zaman, bu kimi hadisələrin real olmadığı üzə çıxır və deyilənlərin qeyri-reallıqlar əsasında formalaşması bəlli olur. Həmçinin, qeyd etmək mümkündür ki, nə qədər orada İsa Qəmbərov-Əli Kərimov cütlüyü mövcuddur, orada daha gərgin vəziyyətlərin baş qaldırması qaçılmaz olacaq.

Siyasi və təşkilati mənada heç bir müsbət nəticə hasil edə bilməyən "İctimai Palata"nın bu durumu daha öncələrdən bəlli idi. Bu barədə kifayət qədər deyilmiş və yazılmışdır. Lakin oradakı "sükanı" öz əllərində tutan və buraxmaq istəməyən "liderlərin" boş iddiaları nəticəsində deyilənlərin hər biri öz təsdiqini tapmış oldu. Mart-aprel aylarında baş verənləri də buraya əlavə etsək, bütün həqiqətləri açıq şəkildə seyr etmiş olarıq. Əslində, müxalifət düşərgəsinin "varlığını" nümayiş etdirən "palata" siyasətbazları özləri də bilmirlər ki, "bütün müxalifətin cəmləşdiyi" qondarma qurum fəaliyyətsizlik stasusunda müxalifətin yoxluğunu ifşa etmiş olur. Qalır bunun daha gerçək şəkildə sərgilənməsinə ki, buna da çox qısa zaman qalıb. Bu zamanın tarixi 19 iyun 2011-ci ildir...


Rəfiqə

Digər xəbərlər