PDF Oxu

Müxalifət

  • 7

Radikal müxalifət uğursuzluğa düçar olur

Radikal müxalifət uğursuzluğa düçar olur

Müxalifət mətbuatının məlumatına görə, qondarma qurum olan "İctimai Palata"nın iyunun 19-da Bakı şəhər sakinlərinin istirahət məkanı olan Fəvvarələr meydanında qanunsuz aksiya keçirməyə cəhd göstərməsi ilə bağlı məlumat verilir. Radikal müxalifətin pozuculuq aksiyalarına hazırlaşmasına münasibət bildirən "Yurddaş" Partiyasının sədri Mais Səfərli "İctimai Palata"nın iyunun 19-da keçirmək istəyi icazəsiz mitinqə cəhdi ölkədə qarışıqlıq salmaq cəhdi kimi qiymətləndirdi: "Bu məsələdə xaricdəki anti-Azərbaycan qüvvələr ilə şübhəli əməkdaşlıq xüsusi rol oynayır. Təəssüf ki, dünyada erməni lobbisi hələ də güclüdür. Onlar ölkəmizin əleyhinə məqsədyönlü şəkildə fəaliyyət göstərirlər. Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulmasına dair hər bir xəbəri ermənilər səbirsizliklə gözləyirlər. Belə bir şəraitdə Azərbaycanda qarşıdurmaların olması kimi fon yaratmağa çalışmaq xarici qüvvələrə birbaşa xidmət etmək deməkdir. Bu baxımdan "İctimai Palata"nın qısa adı "İP"dir və bunun da bir ucu elə xarici qüvvələrə birbaşa xidmət etmək deməkdir. Elə buna görə, dəyərli ziyalılar, prosesləri düzgün qiymətləndirən siyasətçilər radikal müxalifəti tərk edirlər. Dırnaqarası bu "demokratlar" sivil qaydada fərqli bir fikir söyləyənlərə düşmən gözüylə baxırlar. Bir məsələyə də toxunmaq istərdim. Son zamanlar radikal müxalifət "liderləri əlləri hər şeydən üzülərək, bəzi gənclərdən istifadə etməklə onları aldadırlar. İstərdim ki, bu gənclər soyuq başla, məntiqlə hər şeyi düzgün qiymətləndirsinlər. Düşünsünlər ki, nəyə görə Müsavat və AXCP (i) də uzun illər partiyanın qurucusu kimi fəaliyyət göstərənlər partiyadan uzaqlaşırlar? Ona görə də, o gənclər belələrindən gec də olsa uzaqlaşsınlar".

BAXCP sədrinin müavini Niyaməddin Orduxanov isə açıqlamasında bildirib ki, Azərbaycan kimi demokratik, hüquqi dövlətdə hər şeyin qanunlarla tənzimləndiyi bir şəraitdə qanunsuz aksiyaların keçirilməsinin tərəfdarı olmadığını deyirəm və ümumiyyətlə, qanuna söykənməyən istənilən hərəkətlər Azərbaycan xalqının mənafeyinə ziddir: "Bu yolla iğtişaşlar törətmək, cəmiyyəti radikallığa cəlb etmək kökündən yanlış bir siyasətdir. İndiyədək dünyanın heç bir xalqına qarşıdurmalar, inqilablar fayda verməyib. Çox zaman inqilablar xalqları ümumi inkişafdan 30-40 il geriyə salıb. Buna səbəb nədir? Əlbəttə, ölkədəki iğtişaşlar, toqquşmalar, qarşıdurmalardır".

N.Orduxanov ölkəmizdəki radikal müxalifətin "bəlkə qaytardılar" "arzusu" ilə yaşayaraq, "hakimiyyətə gələcəklər"inə də münasibətini bildirdi: "Bu xülyadan başqa bir şey deyil. Çünki Azərbaycan xalqının özü radikal müxalifətin uğursuzluğa düçar olmasında maraqlıdır və xalq heç vaxt dağıdıcı inqilabların tərəfdarı olmayıb. Təbii ki, hər kəsin sərbəst toplaşmaq hüququ var və bu hüquqdan hər bir Azərbaycan vətəndaşı sərbəst şəkildə istifadə edə bilər. Ancaq bu, başqa insanların hüquqlarının pozulması hesabına baş verməməlidir".

R.Kamalqızı

Digər xəbərlər