PDF Oxu

Müxalifət

  • 10

Eynulla Fətullayevin AŞPA sövdası və ya qana işləyən xəyanət xəstəliyi

Eynulla Fətullayevin AŞPA sövdası və ya qana işləyən xəyanət xəstəliyi

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin keçmiş baş redaktoru, yaxınlarda əfv edilən cinayətkar ünsür Eynulla Fətullayev sən demə "böyük çıxışa" hazırlaşır. Yəni bir sıra qondarma avropalı demokratlar ona bu "məsləhəti" veriblər. Ancaq həmin "məsləhətin" arxasında daha nələrin dayandığını düşünsək, bəlli olar ki, burada bilavasitə anti-Azərbaycan meyilli məqamlar mövcuddur. Həmin məqamların reallaşdırılması üçün isə, Eynulladan istifadə amili onlar üçün daha münasibdir. Təbii ki, öz şərəf və ləyaqətini beş-on dollara satan adamın daha çox pul qazanması üçün bu "təklif", necə deyərlər, göydəndüşmədir.

Hər halda, üzərində bu qədər ağır ittihamlarla həbsdən azad olunması müqabilində E.Fətullayevin daha da azğınlaşması, pula-paraya hərislik marağı Azərbaycan ictimaiyyətində hiddət və nifrət doğurmaqdadır. Bu, həm də erməni dəyirmanına su tökmək kimi faktoru da yetərincə qabardır. Daha dəqiq desək, AŞPA-da, bildiyimiz kimi, erməni deputatlar iştirak edirlər və onların nümayəndələri daim Azərbaycana qarşı çirkin niyyətli açıqlama və məruzələrlə çıxışlar edirlər. Eynullanın da bundan fərqlənməyən ediləcək çıxışı dolayısı ilə ermənilərə işləməyin sırf isbatı kimi dəyərləndirilə bilər.

Onu da qeyd edək ki, "baş yazarın" ABŞ dövlət katibinin insan hüquqları, vətəndaş cəmiyyəti və əmək məsələləri üzrə müavininin köməkçisi Tomas Melia və ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə görüşündən sonra, onun qol-qanadı daha da açılmışdır. Yəni demək mümkündür ki, adı xəyanət timsalında öndə gedən Eynullanın bir sıra məxfi məsələlər ətrafında təlimatlandırılması arxasında daha nələrin dayanması maraq doğurmaya bilməz. Bu tip görüşün nüansları barədə qəzetimizin ötən sayında məlumatlar verilib.

Lakin məsələnin başqa hiddətdoğurucu məqamları da mövcuddur. Həmin mövcudluq xarici təşkilatların və diplomatların Azərbaycanın daxili işlərinə müdaxilə etmələridir. Yuxarıda qeyd olunan bu kimi hallar da bilavasitə müdaxilə qismində qəbul edilir. Ona görə də, E.Fətullayevlə məxfi görüşün məqamları heç bir diplomatik çərçivəyə sığmır. Eləcə də, bu xəyanətkarın yenidən durub, hər hansı qəzet çıxarma arzusu arxasında bir sıra öhdəliklər də dayanıb ki, bu öhdəliklərin də nəyə aid olması ictimaiyyətə kifayət qədər bəllidir.

E.Fətullayevə gəlincə, onun bundan sonra daha hansı işlərə burun soxması öz işidir. Lakin bu ünsürün yenidən həbs edilərək, xəyanətkar kimi "içəriyə girməsi" ona baha başa otura bilər. Çünki "içəridə" vətən xaininə münasibətin necə olmasını, yəqin ki, onun özü də yaxşı bilir. Hər halda, bir az paslanmış, korroziyaya uğramış beynini işlətsə daha yaxşı olar. Çünki buna az zaman qalır.


R.RƏSULOV

Digər xəbərlər