PDF Oxu

Müxalifət

  • 14

İqbal Ağazadə aciz durumda qalıb

İqbal Ağazadə aciz durumda qalıb

Müxalifətin radikal qanadında təmsil olunan siyasi partiyaların fəaliyyətlərində ciddi deqradasiya təhlükəsi qalmaqda davam edir. Buna misal kimi, Müsavat, AXCP (i), ADP, ALP, "VİP", AMİP, "KXCP" və digər bu kimi partiyalarda baş verən istefaların sədrlər tərəfindən ciddi-cəhdlə gizlətmələrini göstərmək mümkündür. Təbii ki, siyasi təşkilatlar arasındakı ziddiyyətlər, eləcə də, daxili çəkişmələr fonunda istefaların olması labüd vəziyyət kimi dəyərləndirilməlidir.

Çünki oradakı funksioner toplusu artıq bütün yalanlardan, böhtanlardan, eləcə də, avtoritar idarəçilikdən beziblər. Həmçinin, funksionerlər tərəfindən öz sədrlərinə müxtəlif ideyalar, rəy və təkliflər verilərkən, onların rədd edilməsi, qəbul olunmaması, rəhbərlərin "ya mən, ya da heç kim" prinsipini sürdürməsi də deyilənləri yetərincə təsdiqləyir. Qısaca olaraq, radikal müxalifət partiyalarında baş verən pərdəarxası bütün cəhdlərə baxmayaraq, gizli qalmır, ictimaiyyətin nəzərindən yayınmır.

Xəbər verdiyimiz kimi, bu ərəfələrdə "Ümid" partiyasında da qopmalar geniş xarakter alıb. Orada cərəyan edən hadisələr daha öncələr yürüdülən yanlış siyasətin məntiqi nəticəsidir. Daha dəqiq desək, partiya sədri İqbal Ağazadənin cəmiyyətdəki mənfi obrazı daxilə də sirayət edib. Hələ bir müddət öncə, onun öz təşkilatında imtahan keçirmək planları açıqlanarkən, biz baş verə biləcək istefalar barədə proqnoz halında məlumat vermişdik. Görünür, biz öz ehtimallarımızda yanılmamışıq. Çünki adıçəkilən siyasi qurumun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Qaya Əliyevin və ideoloji işlər şöbəsinin müdiri İxtiyar Abdalovun qərarı qəbul etmələri gözlənilən idi. Eyni zamanda, onların ardınca ictimaiyyətlə əlaqələr şöbəsindən, mətbuat katibliyindən və digər bölmələrdən də istefalar baş qaldırıb ki, onların adları açıqlanmasa belə, bunun baş verdiyi şübhəsizdir.

İ.Ağazadənin baş verənlərin qarşısını ala bilməməsi "Ümid" partiyasının müxalifətdə "aparıcı partiya" rolu uğrunda mübarizəsini də yarı yolda qoyacaq. Hətta bu fonda sədrin vaxtından əvvəl istefaya gedə biləcəyi də istisna olunmur. Nəticə etibarı ilə desək, "Ümid" partiyasının taleyi də digər radikal müxalifət partiyalarının taleyi kimi nəticələnəcək. Yəni iflasın yaşanması bu amilin sırf göstəricisidir.


RÖVŞƏN

Digər xəbərlər