PDF Oxu

Müxalifət

  • 10

“İctimai Palata”dakı ADP-çilər niyə geri çağırıldı?

“İctimai Palata”dakı ADP-çilər niyə geri çağırıldı?

"Ümid" partiyasının iki şöbə müdirinin (Qaya Əliyev, İxtiyar Abdalov) partiyadan çıxması qurumun rəhbərliyinin iradəsi ilə baş verib. Bunu "Səs"ə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. O, qeyd edib ki, nə "Ümid" partiyasının, nə də digər qurumların "İctimai Palata"da qalması artıq gərəksiz bir şeyə çevrilib.

S.Cəlaloğlu onun partiyasının da bir çox üzvlərinin orada təmsil olunduğunu və zamanı gələndə konkret addımın atılacağını bildirib. ADP sədri, həmçinin, "Ümid" partiyasının sədri İqbal Ağazadədən fərqli olaraq kimisə "İP"-ə görə partiyadan çıxarmaq niyyətində olmadıqlarını bildirib. "Bizim partiyada sədr müavinlərinin əksəriyyəti "İctimai Palata"nın üzvüdür. Ona görə də, "İP"-də olan ADP üzvlərini geri çağırıb "Ümid" partiyası və digər müxalifət qüvvələrilə ayrıca "kölgə parlamenti" yaratmaq niyyətindəyik. Çünki "İP" "kölgə parlamenti" ideyasını reallaşdıra bilmədi. Çalışmalıyıq ki, "kölgə parlamenti" ideyasını başqa formada formalaşdıraq. Yəni "İctimai Palata"nın, müxalifətçilərin bəzilərinin özlərini aparıcı qüvvə kimi təqdim etsələr belə, görə bilmədiyi işi biz həyata keçirək. Artıq bu istiqamətdə müəyyən işlər aparmaq istəyirik" deyən S.Cəlaloğlu "İctimai Palata"nı çökmək üzrə olan qurum adlandırıb. "Çünki "İP" müxalifətin vahid güc mərkəzi kimi çıxış edə bilmir" deyən ADP sədri mitinqlərin və ölkədəki hadisələrin də bunu açıq şəkildə göstərdiyini vurğuladı.


ADP sədri: "Sərdar Cəlaloğlunun hansısa sözü YAP-çı deputatın sözü ilə üst-üstə düşübsə, müxalifət mətbuatında bunu xəyanət kimi təqdim edirlər"

"Eyni zamanda, "İP" Müsavatla AXCP (i)-nin nəzarətinə keçib, iki partiyanın yaratdığı quruma çevrilib. Baxmayaraq ki, ADP-nin xeyli sayda üzvü "İP"-dədir. Amma İsa Qəmbərovla Əli Kərimov birmənalı şəkildə deyirlər ki, "İP" Müsavatla AXCP (i)-nin yaratdığı qurumdur. "Axırıncı dəfə ötən həftə ABŞ dövlət katibinin müavini ilə görüşdə İsa "bəy" də Əli "bəy" də, dedilər ki, "İctimai Palata" bu iki partiyanın yaratdığı birlikdir. Biz də düşündük ki, bunlar bir tərəfdən bizim orada olmağımızı gözardı edirlər və "İP"-in bütün fəaliyyətini öz adlarına çıxırlar. Digər bir tərəfdən isə "İP" "kölgə kabineti" funksiyasını yerinə yetirməkdən uzaqlaşıb. İ.Qəmbərovla Ə.Kərimovun dediyi kimi, əgər "İP" iki partiyadan ibarətdirsə, ADP-çilərin orada olmasının mənası qalmır" deyən S.Cəlaloğlu ona görə də, keçən həftə ADP-nin idarə heyətinin iclasında bu məsələni müzakirə edildiyini və və ümumi rəyə gəldiklərini də açıqladı. ADP sədri, həmçinin Sərdar Cəlaloğlunun hansısa sözünün YAP-çı deputatın sözü ilə üst-üstə düşməyini, müxalifət mətbuatında xəyanət kimi təqdim edildiyini də vurğuladı.

Tapdıq Qurbanlı

Digər xəbərlər