Həmişə özünün "potensial"ından, olmayan bilik və bacarıqlarından dəm vuran AXCP (i) sədri Əli Kərimov indi tamam fərqli bir yol seçib. Bu günə qədər öz əlaltılarını cinayətə, ən ifrat insani dəyərlərə sığmayan hərəkətlərə sövq edən Ə.Kərimov mövqeyində bir qədər də dəyişiklik etməli olub. Artıq ətrafında özünün riyakar əməllərini və çirkin işlərini gördürəcək bir adam qalmadığına görə AXCP (i) sədrindən yeni-yeni ikrah doğuran təkliflər və iddialar eşidilməkdədir. Hər zaman özünün "oratorluğ"undan istifadə edərək müəyyən dərəcədə özünə qarşı cəlbedici bir görkəm nümayiş etdirməyə çalışan Ə.Kərimov müasir dövrün qaydalarına tamam tərs münasibətdə dayanır.
Saman çöpünə möhtac olanlar
Sadəcə olaraq, hər bir addımını özünün şəxsi maraqlarından kənarda təsəvvür belə etməyən Ə.Kərimovun bu gün qadın faktorundan yararlanmaq cəhdlərini açıq şəkildə görmək mümkündür. Bu ayın 19-da Nərimanov kinoteatrının qarşısında bir iki əlaltısı ilə hay-küy salıb diqqəti özünə tərəf yönəltməyə cəhd edən AXCP (i) sədri yəqin ki, bu cür addımına görə havadarlarından konkret göstərişlər və vəsait də almışdı. Amma bütün bunlardan əlavə onun daha eybəcər formada istiqamət xətti götürməsi cəmiyyətin daha şiddətli hiddətinə səbəb olub. Çünki Ə.Kərimov öz müavini Gözəl Bayramlı başda olmaqla bir neçə qadını qeyd etdiyimiz ünvana göndərərək, hay-küy saldırmaqla kimlərəsə, "baxın, mən işləyirəm" mesajını verirdi. Əslində isə onun bu cür məsələlərdə necə tərzdə mövqe sərgilədiyini, eyni zamanda, qadın məsələsində zəif nöqtələrinin olduğunu hər kəs çox gözəl bilir. Amma reallıq odur ki, Ə.Kərimov bu cür oyunları oynamaqla, əslində, özünün nəyə qadir olduğunu da göstərmiş olur. Çünki güc tükənəndə, sadəcə saman çöpünə möhtac olanlar belə edirlər.
Satqınçılığın, yalanın son ünvanı - Əli Kərimov
Vaxtilə öz liderinə qarşı dönük çıxan Ə.Kərimov sonda bu addımını müəyyən illüziyalarla bəzəməyə çalışsa da, əsl simasını göstərməli olub. Amma riyakar və satqın AXCP (i) sədri sonralar bu hərəkətini heç cür boynuna almamış, əslində, özünə qarşı haqsızlığın olması iddiası ilə çıxış etmişdir. Bu isə insan xislətinin, simasızlığın, satqınçılığın və yalanın real ünvanına, yəni Əli Kərimova yeganə işarə kimi qiymətləndirilir. Çox təəssüflər olsun ki, müasir və modern Azərbaycan cəmiyyəti hələ də bu cür ünsürlərin iyrənc əməllərini görür. Əslində isə sosial münasibətlərdə belə simasızların simalarının görünməsi insanlarda bu məsələlərə qarşı bir dəqiqlik hissi yaratmış olur. Çünki geniş ictimai rəyə ancaq sağlam düşüncə, sağlam rəqabət mühiti və təmiz simalı insanların mövqeyi təsir edir.
Rəfiqə Hüseynova