PDF Oxu

Müxalifət

  • 19

Müxalifətin “söz və mətbuat azadlığı”...

Müxalifətin “söz və mətbuat azadlığı”...

Azərbaycanda davamlı şəkil alan demokratik inkişaf, sözsüz ki, mətbuata da kifayət qədər öz müsbət təsirini göstərib. Buna misal kimi, dövlət tərəfindən qəzetlərin borclarının silinməsi, eləcə də, qəzet və jurnalların maddi və texniki bazalarının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər ictimaiyyət tərəfindən alqışlanır.

Təbii ki, bu amillər arxasında daha geniş layihələr də həyata keçirilir ki, bu layihələrin məqsədi və məramı mətbuat üçün daha geniş şərait yaradır. Lakin təəssüflə qeyd etməliyik ki, bir sıra mənbələr bu cür diqqət və qayğıya kəc nəzərlərlə baxır, görülən işlərin hansı mənada önəm kəsb etdiyini qətiyyən qəbul etmirlər, ya da bunu görməzlikdən gəlirlər. Buna misal kimi, ölkənin bəzi müxalifət siyasi partiyalarına malik olan, həmin siyasi təşkilatların mətbuat orqanları kimi təqdim edilən "Yeni Müsavat", "Azadlıq" və bu kimi digər yazılı mətbuatlarıdır. Daha dəqiq desək, həmin qəzetlərdə, demək olar ki, hər gün yalanlarla, iftiralarla, qondarma məlumat və xəbərlərlə dolu yazılar, köşə məqalələri dərc edilir. Orada çalışan "jurnalistlər" isə özlərini az qala "New York Tayms", "Waşinqton Tayms" kimi dünyaca mötəbər sayılan qəzetlərin əməkdaşları kimi təqdim edirlər. Görünür, ictimaiyyət, oxucular tərəfindən istədikləri "qiyməti" ala bilməyən radikal müxalifət yazarları özləri-özlərinə, bir növ, təsəlli verirlər. Amma bu, necə deyərlər, özünü "gözə soxmaq" kimi qəbul edilən amil kimi dəyərləndirilir. Ancaq məsələ təkcə bununla bitmir...

Məsələn, yaxın günlərdə qəzetlərə ayrılan yardımın növbəti siyahısı təqdim olundu. Amma "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu göstərilən diqqətə görə, ağzına gələni yazıb-pozdu. Bununla da demək istədi ki, guya o, "demokratik baş yazardır" və istədiyi mövzu ətrafında "gicəllənə" bilər. Eyni zamanda, onun öncələr hansı əməllərdən çıxması, hansı sifarişlərlə işləməsi də heç kimə sirr deyil. Ona görə də belə adamın başından böyük nə isə etməsi məqsədəuyğun deyil. Çünki o, adi jurnalistikada qəbul edilən və jurnalist etikası adlandırılan normalara cavab verən "baş redaktor" deyil.

Eləcə də, bu barədə "Azadlıq" qəzeti haqqında da danışmaq mümkündür. Bu qəzetin səhifələrinə nəzər saldığımız zaman palaz-palaz böhtanların, yalanların şahidinə çevrilirik. İşləri-gücləri "hakimiyyət elə etdi, hakimiyyət belə etdi" yazmaqla keçən "kərimovçuların", "qəmbərovçuların" boğaz yırtmaları nəticə etibarı ilə pafos kimi sərgilənir. Təbii ki, bütün bunların arxasında bir sıra beynəlxalq təşkilatların anti-Azərbaycan meyilli addımları dayanıb ki, pul-paranın müqabilində söz yığnağı "satan" bu tipli qəzetlər bilavasitə xəyanətkar mövqelərini sərgiləmiş olurlar. Adını da qoyurlar ki, guya ölkədə "söz və mətbuat azadlığı pozulur" və s. Hansı ki, istədikləri uydurmaları yazırlar, istədiklərini pozurlar, axırda da dövlət tərəfindən maddi yardımlar da alırlar bu nankorlar!

Radikal müxalifətin partiya sədrləri kimi, "təməlləri" həm siyasi, həm də "mənəvi" fırıldaqlar üzərində qurulmuş belə yazarların, qəzet işçilərinin aqibətləri xalqa kifayət qədər məlumdur. Rauf Arifoğlunun, Qənimət Zahidin, Azər Əhmədovun və bu kimi digərlərinin hansı murdar əməllərdən çıxdıqları heç kimin yaddaşından silinməyib.

Onlara təəssüflə bildirməliyik ki, mətbuatımızın üz qaraları, yalan dağarcıqları, betər tərəfləridirlər. Və onların bu gün durub hər hansı "söz azadlığından", "mətbuat azadlığından", "demokratik hüquqlardan", "media hüquqlarından" danışmağa ən azından haqları yoxdur. Ona görə də bundan sonra da, nə yazsalar, nə pozsalar belə, Azərbaycan xalqı onların bu niyyətlərinə istehzalar ilə baxacaq. Çünki onların bu günə qədər cızma -qaraladıqları qaralamalar heç vaxt öz təsdiqini tapmamış dezinformasiyalar olub.


RÖVŞƏN


P.S. Bu adamlar və bu qəzetlər o qədər dezinformasiyalara, yalan və böhtanlara aludə olublar ki, öz ətraflarına, "jurnalist həmkarlarına" belə şübhə ilə yanaşırlar. Əsl demokratiya və söz azadlığı həqiqəti isə bunları hər zaman kölgə kimi izləyəcək...

Digər xəbərlər