PDF Oxu

Müxalifət

  • 36

Radikal düşərgədə kim kimə necə yaltaqlanır?

Radikal düşərgədə kim kimə necə yaltaqlanır?

Öz fəaliyyətlərini siyasət adı ilə pərdələməyə çalışan müxalifət təmsilçilərinin daxili mənəvi - psixoloji keyfiyyətləri son günlər daha çox gündəmə gətirilir. Düşərgədə təmsil olunan iki qohumun, qardaşın, ata və balanın hökmən müəyyən bir müddətdən sonra üz-üzə dayanmasını, yəqin ki, hər kəs müşahidə edib. Bəs bu halın yaranmasını hansı zərurətlər məqbul edir? Hələlik, bu sualla bağlı müxalifət təmsilçilərinin özləri-özlərinə də müraciət etməyiblər. Amma müxalifət düşərgəsində baş verən hər bir mənfi tendensiyanın arxasında bir sıra maraqların dayanması, bütün bunların isə ikrah doğuracaq həddə qədər yüksəlməsi sıravi müxalifət üzvlərinin etirazına səbəb olur.

Müxalifət düşərgəsində yaxın qohumlar bir-birinə düşmən gözü ilə baxır

Hər bir insan malik olduğu keyfiyyətləri ilə digərlərinə ən azından müəyyən dərəcədə əqli inkişafın bir pilləsinə də çatmayanlara nümunə ola bilər. Bu nümunənin onun daxili istək və arzularından, eyni zamanda, qeyri-ixtiyari formada da müşahidə olunması mümkündür. Amma çox təəssüf və təəccüblə qeyd etməliyik ki, hələ də müasir və modern Azərbaycan cəmiyyəti daxilində özlərini bütün dəyişikliklərdən uzaqda saxlamış qüvvələr mövcuddur. Bəzi hallarda cəmiyyətin inkişaf istiqamətlərindən geridə qalmış bu qüvvələr üçün uyğunlaşma məsələsində də, problemi görmək mümkün olur. Başa düşmək olmur ki, bu lənətə gəlmiş müxalifət düşərgəsində nə var ki, qardaşı-qardaşa qarşı qaldırır. Bəlkə də onlar bizim əsrlərdən bəri qoruyub saxladığımız milli keyfiyyətlərimizi heç cür həzm edə bilmirlər. "Qardaşın qanını qardaş alar",- deyib atalarımız. Amma müxalifətçilərin timsalında bizlər bunun tam əksini görürük ki, qardaş-qardaşdan qisas alır.
Tapdıq

Digər xəbərlər