AXP sədri Pənah Hüseynovun Müsavat funksionerliyi
Radikal müxalifətin "ruporu" kimi qələmə verilən, lakin bundan çox müxalifətin xuliqanı kimi nəzərə çarpan AXP sədri Pənah Hüseynov son dövrlər özündən və qovluğundan ibarət olan partiya fəaliyyətini digər partiyada-Müsavatda davam etdirməklə, düşərgə daxilində çaşqınlıq yaradıb. Yəni heç cür başa düşülmür ki, bu adam AXP sədridir, yoxsa Müsavat funksioneri.
Məsələ ondadır ki, P.Hüseynov demək olar ki, Müsavat partiyasının bütün toplantılarında "harda aşdır, orda başdır". İstər Müsavatın Divan toplantısında, istər həmin partiyanın Ali Məclisində, istərsə də digər daxili qurumlarında partiya yetkililərinin başqan İsa Qəmbərovun ətrafında oturması, əslində, müsavatçıların özlərini də təəccübləndirməkdədir. Və həqiqətən də, maraqlıdır, əgər Pənah "bəy" öz partiyasını idarə etmirsə, niyə həmin siyasi təşkilatı rəsmən buraxmır? Niyə sədr ola-ola, başqa siyasi təşkilatda funksionerlik fəaliyyəti göstərir? Çünki siyasi baxışda bu, heç cür qəbul olunmayan amildir. Yox, əgər AXP sədri öz partiyasının fəaliyyətini dayandıraraq, onu buraxsa, bu, olar başqa məsələ... Biz də hadisələri şərh edərkən, yazarıq ki, bəs P.Hüseynov Müsavatın "başqan müavinidir", "Ali Məclisin sədridir", "Divanın üzvüdür" və s. və i...
Lakin əslən Sabirabaddan olan AXP sədri buna öyrəncəli kimi, bir əlində iki qarpız tutmağa cəhd edir. Hətta xarici diplomatlarla, xarici səfirlik nümayəndələri ilə görüşərkən, gah AXP sədri olduğunu deyir, gah da...Bir sözlə, bu adamın sağı-solu bilinmir ki, biz də qərara gələk ki, o, hansı siyasi təşkilata məxsus siyasi məxluqdur.
Ancaq ortada başqa amillər də var. Məsələ ondadır ki, ötən gün, AXP sədri və Müsavat funksioneri (dəqiqləşdirənə qədər belə yazaq-R.) Pənah "bəy" "KAXCP"-yə hücum edib və oradakılara qarşı xuliqanlıq əməli törətməyə cəhd göstərib. Yəni bir neçə cahılı ətrafına toplayaraq, Mirmahmud Fəttayevin müavini Fikrət Cəfərovu döymək istəyib. Hətta bu işdə ona siyasi kuluarlarda antipatik təsir bağışlayan və "cırtqoz" ləqəbi ilə tanınan "Ümid" sədri İqbal Ağazadə də kömək göstərib. Belə ki, onun mühafizəçisi və sürücüsü də həmin əməldə P.Hüseynova dəstək veriblər. Hücumun isə məqsədi yuxarıda dediyimiz məsələ olub. "KAXCP" sədrinin müavini F.Cəfərov P.Hüseynovu "kloun" adlandırıb və deyib ki, onun bu günə qədər nə etmək istədiyi, hansı məzhəbə qulluq göstərməsi məlum deyil. Məhz bundan sonra "KAXCP"-yə hücum çəkən Pənah "bəy" bir az atlıb-düşdükdən sonra oradan uzaqlaşıb.
Məqsəd isə bəllidir. O, xarici ağaları qarşısında iki tərəfdən pul qoparmaq üçün, lazım gələndə AXP sədrinə, lazım gələndə isə Müsavat funksionerinə çevrilir. Lap dəhşət filmlərində olan siması dəyişən mutantlar kimi. Onlardan fərqli olaraq, P.Hüseynov həm F.Cəfərovun dediyi kimi, kloundur, həm də zaman-zaman sifəti dəyişilən siyasi mutantdır.
RÖVŞƏN