PDF Oxu

Müxalifət

  • 30

Xəyanətkar “liderlər”in acı taleyi

Xəyanətkar “liderlər”in acı taleyi

Məlum məsələdir ki, radikal müxalifət düşərgəsində sərgilənməyə meyil edilən "birlik-bərabərlik" imitasiyaları elə imitasiya kimi də qalmaqda davam etməkdədir. Bu günlərdə bu məsələnin yenidən gündəmə gəlməsi radikal düşərgədə ziddiyyətləri daha da gərginləşdirib.

Xüsusilə də, ADP sədri Sərdar Cəlaloğlu AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərovu nəzərdə tutaraq, "dünyaya onlar kimi biclər gəlməyib"- deməsi düşərgədə hansı vəziyyətin olduğunu bir daha göstərib. S.Cəlaloğlu radikal müxalifət "liderlər"in "birləşmə"sinin çeynənmiş "təklif" olduğunu bildirib: "Bu vəziyyət bütün müxalifət partiyalarında - Müsavat və AXCP (i)-də, "Ümid" və ADP-də, "KAXCP" və "Azadlıq"da, eləcə də, "VİP" və ALP-də davam etməkdədir. Əsasən də, sonuncu iki siyasi təşkilat arasında yaranmış "isti münasibətlərin" dərhal soyuması arxasında daha maraqdoğrucu faktların olması sərgilənən son gərginlikləri yetərincə özündə ehtiva etməkdədir.

AXCP (i)-Müsavat arasında da qarşıdurmaların ağır nəticələr verəcəyi realdır. Açıq-aydın görünür ki, bu "birləşmə" hər iki partiya üzvlərinin sayının azalmasına gətirib çıxaracaq. Onsuz da partiya funksionerləri dəfələrlə hər iki "lider"in xəyanətkarlığının şahidi olublar. Çünki fərdi maraqlar qrup maraqlarına həmişə qalib gəlib. Ona görə, AXCP (i)-Müsavat birliyinin çox asan yol gedəcəyinə, müvəffəqiyyət qazanacağına inanmıram".


İki xəyanətkar "liderin" ziddiyyətli bəyanatları


ADP sədri S.Cəlaloğlu qeyd edib ki, siyasi qərarlar siyasi məntiqdən, reallıqlardan çıxmalıdır: "Bütün "ideyaları" iflasla yekunlaşan AXCP (i)-Müsavatın "birləşməsi" hər iki partiya üzvlərinin sayının azalmasına gətirib çıxaracaq. Bu da təbiidir. Məsələn, biz yeddi birləşmə həyata keçirmişik. Bu birləşmələrdə 20-30 faiz üzvümüzü itirdik. Çünki birləşmənin əleyhinə olan hər iki tərəfdən 10-15 faiz adam olur ki, partiya üzvlüyündən imtina edirlər. Bizim vaxtı ilə İlyas İsmayılovla birləşməyimiz bir neçə ərazi təşkilatının tam itirilməsinə gətirib çıxartdı. Rəsul Quliyevlə birləşəndə də bizdən çoxlu həm nüfuzlu adamlar, həm də bir sıra üzvlərimiz imtina etdi. Yəni AXCP (i)-Müsavat "birləşmə"sində də, çox güman ki, 40-50 faizə qədər üzv hər iki partiyadan uzaqlaşacaq".


Rəfiqə Hüseynova

Digər xəbərlər