PDF Oxu

Müxalifət

  • 37

Müxalifət içində müxalifət yarandı

Müxalifət içində müxalifət yarandı

ənardan "müxalifət bir yerdədir" kimi görüntü yaratmaqda maraqlı olan radikal düşərgə yetkililəri müəyyən zaman çərçivəsində imtiyazlarını məhz bu yolarla təmin etməyə çalışırlar. Yəni ifratçılıqdan və ikiüzlülükdən usanmayanlar müəyyən manevrlər etməklə donor təşkilatları bu cür variantlarla pul qoparmağa çalışırlar. Ona görə də, onların istənilən situasiyada yaratmış olduqları birlik və toplumlar ancaq müəyyən maliyyə vəsaitlərini qaranlıq dairələrdən qoparılmasına xidmət edir.

Bu məqsədlərini özləri açıq şəkildə bildirməsələr də, prosesin üstündən az bir zamanın keçməsi bütün qaranlıq məqamların aşkara çıxmasını təmin etmiş olur. Düşərgədə son müddət çərçivəsində böyük səs-küylə qeyd olunan və gündəmə gətirilən "İctimai Palata"da bu qəbildən yaranmış oyuncaq qurumlardan hesab olunur.


"KAXCP" sədri də "İctimai Palata"nın buraxılması təklifi ilə çıxış edib


"İctimai Palata"ya qarşı öz hiddət və nifrətlərini açıq şəkildə ifadə edən Azərbaycan Liberal Partiyası, "Vətəndaş və İnkişaf Partiyası" və oraya aldadılaraq aparılmış"KXCP", "Ümid" partiyası, ADP və AMİP-in sədrləri hər həftə belə görüşlərin keçirilməsi zəruriliyi konteksindən çıxış ediblər. "Ümid" daxilindəki mənbəmizin verdiyi bilgiyə görə, adları çəkilən partiya sədrləri ötən gün "KAXCP" qərargahında növbəti görüşlərini keçirərək, müxalifətdaxili inteqrasiya və digər məsələləri müzakirə ediblər. Mənbəmiz, eyni zamanda, tərəflər arasında keçən görüşün əsas mahiyyətinin "İctimai Palata" ətrafında yaranan süni şou ilə bağlı olduğunu da çatdırıb. Onlar deyiblər ki, əslində, bu cür format müxalifətin inkişafına ziyan vuran məsələlərdəndir. "6-lar"ın təmsilçiləri "İctimai Palata"nın heç bir mərama və məqsədə xidmət etmədiyini qeyd etməklə yanaşı, onun müxalifətin bütün ümidlərini puç etdiyini də vurğulayıblar. Hələlik, bu cür görüşlərin davam etdiriləcəyini və sonda, konkret olaraq, addımın atılacağını söyləyən mənbəmiz prosesin qəti şəkildə "İctimai Palata"ya qarşı yönəldiyini bildirib.

Tapdıq Qurbanlı

Digər xəbərlər