PDF Oxu

Müxalifət

  • 28

Pənah Hüseynov “İctimai Palata”nın “Kölgə Kabinet” olmasını tələb edir

Pənah Hüseynov “İctimai Palata”nın “Kölgə Kabinet” olmasını tələb edir

Bu ərəfədə "Kölgə" Kabinet"in yaradılması istiqamətində, orada cəmləşən müxalifət mənsublarının toplantısı olub. Qondarma "kabinet"in iclasında "Kölgə Kabinet" ilə bağlı müxalifət düşərgəsində aparılan müzakirələrin ziyanlı olduğu və "İctimai Palata"ya aid olmadığı barədə ifadələr səsləndirilib.

Eyni zamanda, bir sıra sosial şəbəkələrdə ictimailəşən "kabinet" siyahısında "palata" üzvlərinin olması barədə fikirlərə də kəskin münasibət bildirilib. Belə ki, "İctimai Palata"nın koordinasiya şurasında iddia ediblər ki, oradan istefa verənlər hazırda heç bir siyasi qurumda fəaliyyət göstərmirlər, eləcə də, "Kölgə Kabinet"də də yoxdurlar. Lakin bütün bu deyilənləri inkar edən "kabinet" tərəfdarları əllərində olan sübutlarla istənilən an "İctimai Palata"ya qarşı adekvat addımlar atacaqlarını bəyan ediblər. Həmçinin, sosial şəbəkələrdə yayılan "kölgə kabineti" siyahısının da "İctimai Palata"ya aid olmadığı bir daha qeyd olunub və məsələnin bu şəkildə davam etdirilməsinin ziyanlı olduğu "palata"nın koordinasiya şurasının üzvlərinin hamısının diqqətinə çatdırılıb.

Həmçinin, radikal müxalifətin "ruporu" kimi bütün mümkün olan və olmayan işlərə müdaxilələrdə bulunan Pənah Hüseynov barəsində də fikirlər səsləndirilib. Məsələn, "İctimai Palata"nın üzvü Ədalət Yusifov bildirib ki, toplantıda "Kölgə Kabineti" ideyasını vermiş Pənah Hüseynovdan bu istiqamətdə aparılan müzakirələrin dayandırılması tələb olunub: "Pənah bəyin də "İctimai Palata"nın koordinasiya şurasının qərarına hörmətlə yanaşacağını tələb edirik."

Pənah Hüseynov isə onun qarşısına "Kölgə Kabineti" mövzusunda müzakirələrin davam etdirilməməsi barədə hansısa tələbin qoyulmadığını bildirib: "Söhbət "Facebook"da anonim şəxs və ya şəxslər tərəfindən verilən informasiyalardan gedir. Anonim adamdan da nəyi tələb etmək olar? Əgər Ədalət bəy belə bir şey deyirsə, öz işidir. Ancaq mənə belə bir şey məlum deyil".

Xatırladaq ki, P. Hüseynov "İctimai Palata"da islahatların aparılması, o cümlədən "Kölgə Kabineti"nin yaradılması təklifini ilk dəfə "palata"nın mayın 27-də keçirilən toplantısında irəli sürüb. Lakin "İctimai Palata"ya daxil olan Müsavat partiyası və AXCP (i) funksionerləri bu ideyanın əleyhinə çıxıb.

Sonradan P.Hüseynovun bu "ideyasını" digər müxalifət mənsubları əldə edərək, müxtəlif bu kimi təşkilatlar yaratmaq fikrinə düşüblər. Son zamanlar kəmiyyət və keyfiyyət baxımından heç nəyə yaramayan bu tipli siyasi qurumlar yaranmadan tarixin arxivinə gömülürlər.


RÖVŞƏN

Digər xəbərlər