PDF Oxu

Müxalifət

  • 25

Etibar Məmmədov - Rəsul Quliyev birliyi baş tutmadı

Etibar Məmmədov - Rəsul Quliyev birliyi baş tutmadı

Uzun müddətdən bəridir ki, AMİP "lideri" Etibar Məmmədov Dumanlı Albionla -ABŞ arasında qalmışdı və bu uzunmüddətli səfərin arxa planında "ACP" sədri Rəsul Quliyevlə gizli danışıq prosesi mövcud idi. O da bəlli idi ki, E.Məmmədov bütün imkanlarından istifadə edərək, Bakıya döndükdən sonra, siyasi qurum yaradacağını, qurumda həmsədrlik postunun olacağını və həmsədrliyi də məhz R.Quliyevlə bölüşdürəcəyini demişdi.

Daha dəqiq desək, müxalifət daxilində bir-birinin ardınca yaradılan blok və birliklərə adekvat qurum yaratmaq istəyində olan AMİP "lideri" bir növ, buna nail olmağa çox yaxınlaşmışdı. Yəni "ACP"- AMİP birliyi istiqamətində R.Quliyevdən müəyyən maliyyə vəsaiti qoparmışdı. Qalırdı sadəcə bu istəyini Bakıdakı partiyadaşları ilə reallaşdırmağa ki, buna da partiya sədri Yusif Bağırzadə yetərincə mane ola bildi. Eyni zamanda, şəxsi biznes və siyasi fəaliyyətini yarımçıq qoyaraq, öncə Londona, sonradan isə ABŞ-a səfər edən E.Məmmədov Y.Bağırzadəyə güvəndiyini demişdi, lakin hər şey onun istədiyi kimi baş vermədi. Məsələ ondadır ki, hələ səfərdən öncə AMİP sədri öz "lideri" qarşısında şərt qoymuşdu ki, hərgah R.Quliyevdən maliyyə dəstəyi də alacaqsa, həmin mənbədən ona da bir şeylər çatmalıdır. Amma öyrənəndə ki, ona çatası heç nə yoxdur, bu zaman öz müavinləri ilə belə qərara gəlib ki, E.Məmmədovun irəli sürdüyü ideyanın reallaşmasına imkan verilməyəcək. Artıq daha bir məqam da bəlli olub ki, "ACP" sədri R.Quliyev Bakıdakı partiyadaşlarına E.Məmmədovla ehtiyatlı davranmağı tapşırılıb. Belə ki, məlum olduqdan sonra E.Məmmədovun ideyası gerçəkləşməyəcək, ona ötürülən vəsait geri qaytarılmalıdır. E.Məmmədovun isə, hələlik, nə səsi, nə də ki, bəsi gəlir. O, sadəcə, Y.Bağırzadə ilə telefon bağlantısı yaradaraq, əlində olan vəsaitin az olduğunu və bölüşdürülərsə, heç nəyin qalmayacağını deyib. Həmçinin, söz verib ki, öz şəxsi bank hesabından bu iş üçün əlavə xərclər edəcək. Ona inanmayan AMİP sədri bundan sonra daha heç bir zaman öz "liderinin" sözünə qulaq asmayacağını bildirib.

Beləliklə, bir tərəfdən R.Quliyevin xərclədiyi maliiyə vəsaitini E.Məmmədovdan geri istəməsi, digər tərəfdən, Y.Bağırzadənin öz partiya "liderinə" qarşı qruplaşma ilə çıxması onu əməlli-başlı çıxılmaz durumda qoyub. Bu isə nəinki partiyadaxili və düşərgədaxili münasibətlərdə, eləcə də, yaranmamış iflasa uğrayan birliklərin dağılmasına xidmət edən amillərdəndir. Belə halların mövcudluğu isə təkcə "ACP" - AMİP arasında cərəyan etmir, həm də digər radikal müxalifət birliklərində, bloklarında davamlı olaraq müşahidə edilməkdədir.


R.Nurəddinoğlu

Digər xəbərlər