PDF Oxu

Müxalifət

  • 20

İsa Qəmbərovun erməni “dostu” düz danışdı...

İsa Qəmbərovun erməni “dostu” düz danışdı...

İki il öncə Almaniyaya səfəri zamanı köhnə "dostu" Ermənistan Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukunyanla çox səmimi bir şəraitdə görüş keçirən Müsavat partiyasının başqanı İsa Qəmbərov sonradan bu hərəkətinə müəyyən qədər "haqq" qazandırmağa da çalışmışdı.

Hətta o, bir qədər də irəli gedərək özünə qarşı olan ictimai qınağın qarşısını almaq üçün A.Manukunyanla elə-belə görüşmədiyini, ondan müəyyən şeyləri öyrənmək niyyəti güddüyünü açıqlamaqla vəziyyətdən çıxmağa çalışmışdı. Çünki bədnam qonşumuz olan təcavüzkar Ermənistan geridə buraxdığımız tarixin bütün dövrlərində ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edərək, ayrı-ayrı vaxtlarda xalqımızı soyqırım siyasətinə məruz qoymuşdur. Yaxın tariximizdə, yəni 1992-ci iln fevral ayının 25-dən 26-na keçən gecə indiki Ermənistan prezidenti Serj Sarkisyanın da rəhbərlik etdiyi azğınlaşmış silahlı birləşmələr, 366-cı moto-atıcı diviziyanın köməkliyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə qarşı xüsusi amansızıqla divan tutmuş, uşaqların, körpələrin və qocaların misli görünməmiş işgəncə faktlarını həyata keçirmişlər. Erməni riyakarlığının sonuncu bariz nümunəsi kimi qimyətləndirilən Xocalı faciəsi dünya tarixində insanlığa qarşı həyata keçirilmiş ən böyük misli görünməmiş cinayət, soyqırım kimi tanınır. Məhz bu gün işğalçı Ermənistanda prezident postunda əyləşmiş S.Sarkisyanın özü dəfələrlə Avropanın ən nüfuzlu kürsülərindən azərbaycanlıların Xocalı soyqırımına qədər "bizlərin dinc əhaliyə silah qaldırmasına inanmadıqlarını, amma Xocalıda bunu sübut etdiklərini" həyasızcasına açıqlamaqla, bir daha xalqımızda bu mənfurlara böyük nifrətin təzahürlərinin yaranmasına səbəb olmuşdur. Bu baxımdan yuxarıda qeyd etdiyimiz kimi Müsavat başqanı İ.Qəmbərovun Almaniyaya məlum səfəri çərçivəsində A.Manukunyanla səmimi ünsiyyətdə olmasını, onunla həmin ölkənin Potsdam şəhərində hətta bir futbol yarışını izləməsi geniş ictimaiyyətin haqlı narazılığı ilə qarşılanmışdı.

Tapdıq Qurbanlı

Digər xəbərlər