PDF Oxu

Müxalifət

  • 31

Əli Kərimov kimlərin sifarişini yerinə yetirir?

Əli Kərimov kimlərin sifarişini yerinə yetirir?

Siyasi arenadan birdəflik silinmək təhlükəsi ilə üz-üzə qalmış AXCP (i)-dəki durumu Əli Kərimov hər vəchlə gizlətməyə çalışır. O, bütün riyakar əməllərdən istifadə etməklə diqqəti başqa səmtə yönəltməkdə maraqlıdır. Elə bu səbəbdən də, AXCP (i)-nin ağır və böhranlı durumunu heç kəsə bəlli etməmək üçün Ə.Kərimov qurum adından ardıcıl olaraq yalan bəyanatlar səsləndirməklə məşğuldur.

AXCP (i) sədri düşünür ki, bu cür addım atmaqla qurumun fəaliyyətdə olduğunu göstərə biləcək. Amma onun nə etməsində və hansı riyakar addımı atmasından asılı olmayaraq AXCP (i) sonun bir addımlığındadır. Sonuncu cəbhəçi, yəni Mirzə Sakitin Ə.Kərimova və "doğma" qardaşı Qənimət Zahidə od püskürərək, AXCP (i)-dən nümayişkaranə şəkildə istefa verməsi də bunu təsdiqləyir. İndi isə Ə.Kərimov illərdir adından istifadə edərək, xarici donorlardan pul qopardığı qurum iflasın bir addımlığındadır. Çünki AXCP (i)-yə Ə.Kərimov kimi birisinin sədrlik etməsi məhz bu cür olayın baş verəcəyini də yəqin edirdi. Ona görə də, müxalifət təmsilçilərinin özləri də çox gözəl bilirlər ki, Ə.Kərimov hara əl atırsa oranı mütləq acı sonluğa çatdırmalıdır. Onun niyyət və xislətinin nəticəsinin bu cür olduğunu hər kəs çox gözəl bilir. Bu baxımdan da, Ə.Kərimovla birlikdə olmağı və onun eyni "ideologiya"nı paylaşmaq məcburiyyətində olanlar belə sonrakı peşmançılıqda əziyyət çəkirlər. Sadəcə olaraq, maraqlı bir məqam isə odur ki, Ə.Kərimov indi utanmadan və xəcalət çəkmədən müasir ictimaiyyətin gözlərinin içinə baxa-baxa yalan danışır və onu aldatmağa çalışır. Elə ötən həftə AXCP (i) rəhbərliyinin üç dəfə toplantı keçirməsi, dörd dəfə müşavirə təşkil etməsi ilə bağlı qondarma məlumatlar yayan Ə.Kərimov birmənalı şəkildə yaranmış durumu başqa adlarla diqqətdən kənarda saxlamağa çalışır.

Bəs AXCP (i) sədri

"İctimai Palata"nı niyə öz adına çıxır?

Tamamilə iflic olmuş fəaliyyətlərində heç bir dönüş etməyi belə bacarmayan radikal müxalifət partiya sədrləri son zamanlar ortalıqda görünmürlər. Bir müddətə qədər bacarıqlarından böyük iddialarla çıxış edərək, özlərini göstərməyə çalışanlar indi gözə dəymir. Müəyyən bir müddət boş şouya yalan və ifratçılığın hay-küyünə gedən müxalifət "İctimai Palata"nın timsalında görüntü yaratmağa çalışdı. Amma həmişə olduğu kimi, bu addım da bir müddətlik oldu. Çünki bu cür mənzərənin yaranmasında maraqlı olanlar öz niyyətləri baş tutsun deyə müəyyən oyunlara əl atmalı oldular. Həmişə olduğu kimi, bu dəfə də, reallıq onların iflasını qaçılmaz etdi. Belə ki, "İctimai Palata"nı təsis edib buna müxalifətin ümumi birliyi kimi qondarma ad verənlər maraqlarını təmin edənə qədər dirəniş göstərdilər. AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov "Soros" fondundan "İctimai Palata" üçün 10 milyon dolları aldıqdan sonra isə mənzərə tamamilə dəyişəsi oldu. Dünənə qədər başqalarının buraya girmələrinə belə səd qoyan Ə.Kərimov və İ.Qəmbərov cütlüyü ortalıqdan çəkilməklə niyyətlərini realaşdırdıqlarını sübut etdilər. Amma sonradan rəhbərlik etdiyi qurumun bütünlüklə iflic olması Ə.Kərimovun "İctimai Palata"nın adından yararlanmasına imkan verdi. Elə bu səbəbdən də, AXCP (i)-ni tarixin acı arxivinə yönələn yoldan xilas etməyi bacarmayan Ə.Kərimov təsəlli kimi "İctimai Palata"dan bərk-bərk yapışıb.


Tapdıq Qurbanlı

Digər xəbərlər