PDF Oxu

Müxalifət

  • 19

Pənah Hüseynovla Qüdrət Həsənquliyevin problemi böyüyür

Pənah Hüseynovla Qüdrət Həsənquliyevin problemi böyüyür
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 22-ci ildönümü ilə bağlı vermiş olduğu müsahibədə bir sıra müxalifət liderlərinin ünvanına sərt ittihamlar səsləndirmişdi. O köhnə məsələlərə toxunaraq, bu gün müxalifət düşərgəsində özünü aparıcı fiqur kimi təqdim edənlərin əsl kimliklərindən cəmiyyətin xəbərsiz olduğu anonsunu vermişdi.
Q.Həsənquliyev, həmçinin, dünən kiminsə şillə-təpiyindən qorxuya düşərək ürəyi dayananların bu gün özlərini "qəhrəman" kimi göstərməsi kimi məsələlərə də toxunmuşdu. O, AXC-Müsavat dövrünün yarıtmaz hakimiyyət strukturlarının və şəxslərinin bir-bir adlarını çəkərək, onların əsl kimliklərini indiki şəraitdə hər kəs bilməli olduğunun vacibliyini də önə çəkmişdi.

Qüdrət Həsənquliyev: "Mənim yadımdadır ki, Pənah Hüseynov Azərbaycan Xalq Cəbhəsi Partiyasının pullarını götürüb harasa
qaçmışdı"
Onun AXP üzvü, müxalifətin öz çılğınlığı ilə seçilən yetkilisi Pənah Hüseynovun üzərində dayanaraq faktlarla olanları sadalaması, sözün əsl mənasında, böyük qalmaqala səbəb olmuşdu. Lakin BAXCP sədri bununla da kifayətlənməyərək, AXCP (i) sədri Əli Kərimovu da, necə deyərlər, yıxıb sürüməsi, sarı yaranın üzərinə düşən qara yara kimi bir şey oldu.
"Mənim yadımdadır ki, Pənah Hüseynov Azərbaycan Xalq Cəbhəsi Partiyasının pullarını götürüb harasa qaçmışdı. Xatırladım ki, P.Hüseynovu həmin də pulları oğurladığına görə AXC-yə buraxmadılar. Bilirsiniz ki, bununla bağlı AXC Ali Məclisin xüsusi qərarı olub" deyən Q.Həsənquliyev, həmçinin, AXCP (i) sədri Ə.Kərimovu da açıq şəkildə xəyanətdə, satqınçılıqda və etibarsızlıqda ittiham edib.
"Çünki Elçibəy bilirdi ki, ona xəyanət edənlər sırasında Əli Kərimov da var"
Əbülfəz Elçibəy Bakını tərk edəndə Əli Kərimov dövlət katibi idi, ancaq Elçibəy paytaxtı tərk edəcəyi barədə ona nəsə deməyə ehtiyac görməmişdi. "Çünki Elçibəy bilirdi ki, ona xəyanət edənlər sırasında Əli Kərimov da var" deyən BAXCP sədri onların bu gün cəmiyyətə özlərini "aydan arı, sudan duru" göstərmələrinə heç bir mənəvi haqlarının olmadığını da nəzərə çatdırıb. Q.Həsənquliyev, həmçinin, bundan sonra daha ilginc faktlarla yarıtmaz müxalifətin əsl simasının cəmiyyətə təqdim olunmasını təmin edəcəyini söyləyib. O, vurğulayıb ki, Müsavat başqanı bu gün "ana müxalifət" olmaq niyyətindədir. "Amma o unutmur ki, qaranlıq keçmişi onu heç vaxt uzaq buraxmayacaq" deyən Q.Həsənquliyev müasir cəmiyyəti aldatmağa çalaşanların şəxsi keyfiyyətlərini bəlli etməyin məqamı çatdığını da dilə gətirib.
Pənah Hüseynov: "Qüdrət çox uzun boyuna baxmayaraq, cəld tərpənirdi"
Q.Həsənquliyevin ittihamlarına dərhal cavab verən və öz növbəsində, onu açıq şəkildə müəyyən məsələlərdə ittiham edən P.Hüseynov onun dediklərinin əksəriyyətini nimdaşlaşmış iftiraların növbəti təkrarı adlandırıb. Qeyd edib ki, belə yanaşmalar maraqsızdır və cavab verməyə belə dəyməz, olsa-olsa donqli siyasətçiliyin, müxalifətçiliyin və avamlığın nümayişidir. "Mən Q.Həsənquliyevi ilk dəfə olaraq Ə.Kərimov dövlət katibi olarkən, onun kabinetinin qapısının qabağında oturan, qapı açıb-bağlayan və s. xidmətləri yerinə yetirən görmüşəm. Çox uzun boyuna baxmayaraq, cəld tərpənirdi. Soruşmuşam ki, "bu kimdir?" Ə.Kərimov dedi ki, tələbə dostumdur, köməkçi təyin etmişəm. Sonradan bu adam düz 10 il indi xəyanətkar adlandırdığı Ə.Kərimovu hətta Elçibəydən cani dildən müdafiə edib" deyən P.Hüseynov öz şərəfini müdafiə etmək üçün məhkəməyə müraciət edəcəyini də açıqlayıb. Bildirib ki, hər hansı oğurluq faktı aşkar olarsa, hər şeyi qəbul etməyə hazırdır. "Yox, əgər, Q.Həsənquliyev məhkəməyə gəlib dediyini sübut etməsə, ən böyük şərəfsiz və alçaqdır"- deyə P.Hüseynov qeyd edib.
Tapdıq Qurbanlı

Digər xəbərlər