Müxalifətin 20 illik fəaliyyətinə nəzər saldıqda təlatümlü, qarışıq, xəyanət və satqınlıqla dolu bir mənzərəni sezmək mümkün olur. Çünki bədxah əmələ üstün gələndə, məhz bu cür mənzərə ilə rastlaşmaq mümkündür. Bu mümkünsüzlük fəzasında isə müxalifət adlı mənfurların qət edəcəyi yol çox qaranlıqdır. Xislət və amal qaranlıq olduqda, təbii ki, qarşıdakı məqsəd də zülmətə qərq olur. Bütün fəaliyyətləri boyunca heç bir aydın iş görməyən, nurlu işin qulpundan yapışmayan müxalifət yetkililəri üçün bundan sonrakı aqibət də qəhərli görünür. Amma nə fayda ki, hələ də, özlərini müxalifət adı altında az qala "brend" marka kimi təqdim etməyə çalışanlar ağlanası günlərinə sevinirlər. Bu, bir yandan anormallıq olsa da, digər bir rakursdan faciədir. Əgər bir yerdə ziddiyyət varsa və onu önləyə biləcək qüvvə fəzada belə görünmürsə, buna problem demək olmaz ki? Doğrudan da, bu problem deyilsə və müxalifətin dırnaqarası inteqrasiyasına, inkişafına maneə olmursa, bəs nədir? Niyə 20 illik fəaliyyətləri dövründə müxalif düşərgədən ümumi bir qərar eşidilməyib? Bəyəm bir mövzu üzrə yazılmış ümumi sənədə qol çəkmək müxalifətçi "kişilərin" heysiyyatını pozacaq? Yoxsa xaricdəki baş məsləhətçiləri onlara "bir-birinizə arxa çevirin" tapşırığını verib? Təbii ki, bu suallar müxalifət üçün ən arzuolunmaz faktların üzə çıxmasını təmin edə bilər deyə, onlar heç vaxt belə məsələlərə qətiyyən toxunmurlar. Onların bir igidin ömrü qədər olan fəaliyyət müddətlərində ən çox qabartdıqları məsələ "filan vaxt filankəs səni təpiyin altına salmışdı, indi nə şeşələnirsən?" tendensiyasıdır. Amma yaxşı ki, heç olmasa bunu etiraf edirlər. Deməsəydilər, görəsən, nə olardı? Kim bilərdi ki, müxalifət düşərgəsində bu gün ipə-sapa yatmayan AXP üzvü Pənah Hüseynovun haçan və necə qulağının dibinə şillə dəyib və yekə qarnı futbol topu kimi zərbələrə məruz qalıb. Bu, bir tərəfdən yaxşı əlamət olsa da, digər bir yandan isə gülüncdür. Çünki bu adamlara müasir cəmiyyəti öz arxaları ilə aparmaq kimi abstrakt fikrə düşürlər. Əgər bu adam misal üçün P.Hüseynov öz başını və qarnını bir şillədən, iki təpikdən qoruya bilmirsə, bu cəmiyyəti mövcud təhlükələrdən hansı ağılla qoryu bilər? Yenə də sual çıxır və bu sualları bir-birinin ardınca düzdükcə, müxalifətin iç üzü görünür. Təkcə görünməyən hissəsi isə onların istək və arzularıdır. Əməlləri ortada ola-ola təzə istəyə, yeni arzuya düşənlər başda P.Hüseynov olmaqla öz dərdlərinin nə olduğunu özləri də bilmirlər. Ancaq onu bilirlər ki, kim onlara çəp baxdı dərhal onu düşmən siyahılarına salıb, ona qarşı səlib yürüşü təşkil olunmalıdır. Yoxsa belə getsə P.Hüseynovun Azərbaycan cəmiyyətində konfliktə girmədiyi adam qalmayacaq. Bu adam bir vaxtlar, yəni AXC-Müsavatın yarıtmaz hakimiyyəti illərində baş nazir işləyib deyə indi heç kəsi bəyənmir. Hər kəsə özünün "nazirlər kabineti" prizmasından baxır. Bəlkə də gecə-gündüz bu xülya ilə dolaşan P.Hüseynovun başına hava gəlib. Çünki yoldaş P.Hüseynov hamıya yuxarıdan aşağı baxmaqla doğrudan da həmin hisslərin təsirindən çıxa bilmir. Həm də onu da qınamaq olmaz. Onun da təmsil olunduğu hakimiyyətin yarıtmaz fəaliyyəti illərində insanlara ancaq yuxarıdan aşağı baxırdılar. Yaxşı heç nəyi götürməyən P.Hüseynov, pis nə varsa ona meyil etdiyindən qeyd etdiyimiz həmin "prinsipi" də, özü üçün həyat kredosuna çevirib.
Tapdıq Qurbanlı