PDF Oxu

Müxalifət

  • 29

“İctimai Palata”dan istefalar

“İctimai Palata”dan istefalar

Artıq bir ənənə şəkli almış istefa dalğası nəinki radikal müxalifət düşərgəsində təmsil olunan partiyalar arasında, eləcə də, həmin partiyaların düşərgə daxilində təsis olunmuş qondarma qurumlarında da müşahidə edilməkdədir. Bu əsnada "İctimai Palata"nı daha öndə göstərmək mümkündür. Adıçəkilən qurumun bütün variantlarda siyasi sərgüzəştlərlə qarşı-qarşıya qalmasını, həmin sərgüzəştlər nəticəsində baş verən olayları xatırlamaq kifayət edər ki, hazırda orada cərəyan edən durumu təsəvvürünə gətirəsən. Məsələn, hələ yaxın günlərə qədər, Xaliq Bahadır olayının səngiməməsini, Pənah Hüseynov probleminin çözülməməsini qeyd edilən kontekstlə nümunə göstərmək mümkündür. Onu da vurğulamaq mümkündür ki, bütün hallarda zərbəni ümumi müxalifət düşərgəsi alır və artıq həmin düşərgə sonuncu zərbələr qarşısında gücə tab gətirmək iqtidarından məhrumdur. Belə məhrumiyyətlərin qarşısında isə aciz qalmaq labüddür.

Bu gün adıçəkilən düşərgənin müəyyən "siyasi dairələri" tərəfindən pafoslu çıxışların, siyasi həngamələrin səsləndirmələri də ictimaiyyət arasında istehzalarla qarşılanmaqdadır.

"İctimai Palata" adlı qurumun başında hansı partiyanın dayanması müəyyənləşməmiş, yəni, orada "ana müxalifət"in kim olduğu məsələsi qətiləşdirilməmiş onun ləğv olma ehtimalı daha real görünməkdədir. Bu minvalla söhbət gəlir bilavasitə AXCP (i) və Müsavat partiyasının rəhbərliklərinə ki, hazırda "qoç döyüşü"nə bənzər kəllə-kəlləyə gəlmək rəqabətində kimin qalib gələcəyi maraqlı suallar doğurmaqdadır. Məsələn, bu cür qənaətə gəlmək mümkündür ki, qarşıdan Müsavat partiyasının qurultayı gəlir və bu qurultayda partiya rəhbərinin gedəcəyi özündə reallığı əks etdirir. Əgər bu adam başqanlıq postundan gedərsə, təbii ki, Müsavatın "İctimai Palata"da qalması, ya da qalmaması heç nəyi həll etməyəcək. Daha dəqiq desək, Müsavat oradan ayrılaraq, ayrıca qurum yarada bilər və "yeni başqan" vasitəsi ilə özünü tənzimləməyə macal tapar. Yaxud da, "yeni nəfəs"lə özündə güc tapıb, siyasi opponentlərinə, "konkurentlərinə" qarşı yeni səlib yürüşünə başlayacaq.

"İctimai Palata"dakı digər partiya və şəxslərə qaldıqda isə, orada tərəfkeşlik məsələsi özünü göstərə bilər. Əgər Müsavat partiyası oradan bütövlükdə gedəcəksə, təbii ki, az-çox tərəfdarları da onu təqib edəcək. Məsələn, artıq Pənah Hüseynov oradan gedərkən, bir neçə müsavatçı onun ardınca getdi. Hətta İsa Qəmbərovun çağırışlarına belə qulaq asan olmadı. P.Hüseynovu isə bir növ "müsavatçı" ya da "müsavatxor" adlandırmaq mümkündür.

Beləliklə, "İctimai Palata" da hökm sürən "sakitlik" heç də onların fikirləşdikləri "sakitlik" deyil. Bu, yeni qarşıdurmalar və ziddiyyətlərin baş verəcəyi barədə xəbər verən real proqnozdur.


RÖVŞƏN

Digər xəbərlər