PDF Oxu

Müxalifət

  • 24

Eynulla Fəttulayev yenidən xarici donorların ağuşuna sığınır

Eynulla Fəttulayev yenidən xarici donorların ağuşuna sığınır

Müəyyən bir dövrdə cəmiyyətdə özünə yer qazanmaq üçün başqa-başqa iyrənc oyunlardan istifadə edən Eynulla Fətullayev yenidən "fəaliyyəti"ni genişləndirmək iddiasına düşüb. Onun bir ay öncə Avropada olarkən görüşdüyü və təmasda olduğu şəxslərdən aldığı göstərişlərin və onların vermiş olduqları tapşırıqlar müqabilində alacağı ianələr belə bir addım atmağa sövq edir.

Çünki E.Fətullayev bu ianələri alarkən onların qarşısında verəcəkləri tapşırıqları canla-başla yerinə yetirmək öhdəliyi də götürüb. Bu öhdəlik isə E.Fətullayevin yenidən öz riyakar əməllərini nümayiş etdirmək üçün bir vasitə ola bilər. Amma hər bir halda cəmiyyətimiz E.Fətullayev kimilərini çoxdan tanıyır və onlara layiq olduğu yeri göstərib. Əgər o özünə göstərilən yeri bilmirsə, yenə bu, onun problemidir. Yəqin hələlik, E.Fətullayevın başı xarici havadarlarının ona verdiyi pulları yerbəyer etməyə qarışıb. Güman ki, pullar xərclənib qurtarana qədər onun başı çətin ki, bu "işlərdən" açılsın. Digər bir yandan isə, radikal müxalifət düşərgəsində dünənə qədər onu gözü görmək istəməyənlər, bu gün onun şəninə pafoslu sözlər deməklə məşğuldurlar. Bu, o E.Fətullayevdir ki, dünənə kimi, radikal müxalifət düşərgəsini ayaqdan-başa, başdan-ayağa söyüb təhqir edərək rəhbərlik etdiyi qəzetlərdə onların karikaturalarını dərc etdirirdi, indi onlara "həmdəm" donunda görünür. Axı nə oldu ki, bu buzlar əridi və E.Fətullayev onlara qarşı bu cür "səmimi" oldu. Sözsüz ki, bunun bir sifariş olduğu və kimlərinsə, Eynullaya "get, İsa Qəmbərovla, Əli Kərimovla, Mirmahmud Fəttayevlə dostluq et" deməsini də, fakt olaraq qeyd etmək lazımdır. Çünki nəzərə alınmalıdır ki, E.Fətullayev olduqca aqressiv bir şəxsdir və onun kiminləsə, davamlı şəkildə münasibət saxlaması qeyri-mümkündür. Elə bu mümkünsüzlük prizmasından çıxış edərək, E.Fətullayevin yayın bu qızmar istisində müxalifətçilərə qarşı olan buzunun nədən əriməsinin səbəblərini də görməmək mümkünsüzdür. Birincisi, E.Fətullayev öz riyakar xislətini bir qədər pərdə araxasında saxlamaqla, cəmiyyətdə özünə yeni imic qazanmaq eşqinə düşüb. Ona görə də, o, yenidən kiminləsə problem yaşamağı, özü üçün qəbuledilməz bir hal sayır. Bu səbəbdən də, E.Fətullayev ona verilmiş tapşırığı 10 faizlik yerinə yetirmək üçün ətrafındaklarla "sıfır problem" prinsipini seçib. O düşünür ki, bu dırnaqarası işləri gördükdən sonra bir qədər geniş imkanlar əldə edəcək və yenidən nəzərində tutduğu "planların" icrasına başlayacaq. İkinci bir amil isə, E.Fətullayevlə müxalifət düşərgəsində təmsil olunan və özlərini "ana müxalifət" kimi təqdim edən şəxsləri birləşdirən ümumi bir cəhət var, o da hər iki tərəfin qaniçən, riyakar, bədnam qonşularımız olan ermənilərlə münasibətləridir. Çünki həm radikal müxalifət düşərgəsində təmsil olunan şəxslər, həmçinin də, E.Fətullayev ayrı-ayrı vaxtlarda ermənilərlə sıx münasibətdə olub, onların Avropa ölkələrindəki dayaqlarından maliyyə yardımları alıb. Bu baxımdan da, heç kəsdə bu cür dırnaqarası səmimi münasibətlər ikrah hissi yaratmır. Hər kəs onsuz da həm müxalifət yetkililərinin, həm də, fətullayevlərin kim olduqların və kimlərin ağuşunda qərar tutduqlarını çox gözəl bilir.


Rəfiqə Hüseynova

Digər xəbərlər