PDF Oxu

Müxalifət

  • 29

Eynulla Fətullayev təklənib

Eynulla Fətullayev təklənib

Müəyyən bir müddət kənar qüvvələrin təsiri altında özünün iç dünyasını hər kəsə nümayiş etdirən Eynulla Fəttullayev yenidən gündəmə gəlmək niyyətindədir. Bütün fəaliyyəti boyunca ancaq düşmən qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğul olan E.Fəttulayev getdikcə "güvəndiyi" adamlarını da itirir.

Onun kimin hansı tapşırığını icra etməsindən asılı olaraq proseslərə yanaşma tərzindəki problem hələ də qalmaqdadır. Çünki E.Fətullayev düşmən dəyirmanına su tökməklə öz maraqları əhatəsində çılışır. Özünü cəmiyyətə dırnaqarası aktiv şəxs kimi təqdim etməkdə maraqlı olan E.Fəttulayev, əslində, kimlərin ağuşunda olduğun gizlətməyə çalışır. O düşünür ki, bu günə qədər müəyyən işlər görüb və ona kimsə irad tutmayıb. Elə bu da ona əlavə "ruh" verib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə getsin, orada Şuşaya girən ilk tankın üstündə şəkil çəkdirməklə havadarlarının gözündə daha da ucalsın. Bu kifayət etmədiyi təqdirdə, o daha da irəli gedərək ermənipərəstliyini gizlətmədən düşmən tərəfindən işğal olunmuş ərazilərimizdəki qırğınlara görə özümüzünküləri günahlandırıb. E.Fəttulayev bunun satqınlıq və xəyanət kimi qiymətləndirməkdə çətinlik çəkirsə, bu onun problemidir. Psixoloji cəhətdən problemli adamların, yeri isə hər kəsə məlumdur. Amma əgər o öz psixikasını məhz vətənə zərbə vurmaq, xalqı tamam başqa gözdə görmək "prinsipləri" üzərində kökləyirsə, buna da heç bir ad vermək olmaz? Bəlkə də E.Fətullayev bunu anlamır və yaxud anlamaqda çətinlik çəkir. Hər halda, biz bu cəmiyyətdə yaşayırıq və münasibətlər sistemindəki konkret hədəfləri də bilir. Ona görə də, E.Fətullayevin nə deməsində və kimin sifarişini yerinə yetirərək düşmən dəyirmanına su tökməsindən asılı olamayaraq, ümumi rəy ortadadır.

Dünən də, bu gün də, sabah da, Azərbaycan xalqı var olacaq və onun mövcudluğu kimlər üçünsə də, həmişə olduğu kimi, narahatçılıq yaradacaq. Əsil faciə isə odur ki, kənar qüvvələr daxilimizdə, görəsən, bundan sonra da E.Fətullayevlər tapa biləcək? Çünki bu cür şəxslərin heç bir ictimai formasiya daxilində uzun müddətli mövqeyi və yeri olmur. Hətta müəyyən müddət aldadılaraq onun ətrafında toplanmışlar da, Şahvələd Çobanoğlu kimi həqiqəti gec də, olsa anlayacaqlar. Ş.Çobanoğlu dünənə kimi E.Fəttullayev üçün etdiklərindən bu gün keçirdiyi təəssüf hissini heç nə ilə izah edə bilmir. Amma dünənə qədər Çobanoğlu onun üçün nələr etmirdi ki...


Tapdıq Qurbanlı

Digər xəbərlər