PDF Oxu

Müxalifət

  • 14

Müxalifət düşərgəsində bir ailənin iki üzvü niyə yola getmir?

Müxalifət düşərgəsində bir ailənin iki üzvü niyə yola getmir?

Bütün hallarda cəmiyyətdə pis nümunələrin mənbəyi kimi göstərilən radikal müxalifət düşərgəsində doğmaların savaşını bu qəbilə aid etmək olar. Çünki bu düşərgəyə səmimi və mehribançılıq şəraitində gələn iki yaxın qohumu ayrılanda ən qanlı düşmən qismində ayrılmaları təəccüb doğurr.

Bununla bağlı kifayət qədər yetərli informasiyalar və real faktlar da mövcuddur. Amma əsil səbəb odur ki, niyə məhz bu müxalifət düşərgəsində iki doğma şəxs bir-birinə düşmən gözü ilə baxır? Bəlkə burada onlara bu prinsiplər aşılınır? Yoxsa düşərgədə düşmənçilik ənənələri mövcuddur? Elə bu sualların da, cavablarını zaman-zaman müxalifət düşərgəsində olan qardaşlar, ata və oğullar arasında yaranmış münaqişələr açıq şəkildə göstərmiş olub. Misal olaraq, Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə ilə qardaşı Zərdüşt Əlizadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə qardaşı Qurban Məmmədov arasındakı hələ də davam edən münaqişələri qeyd etmək olar. Bundan əlavə, düşərgədə baş verən proseslər müqabilində digər faktların, yəni qardaş davalarının olmasını sezmək mümkün olur. Müsavat partiyasının hazırda məsuliyyətə cəlb edilmiş icra aparatının rəhbəri Arif Hacıyevlə qardaşı Musafa Hacılı, Müsavat partiyasının sabiq məclis sədri Sülhəddin Əkbərlə qardaşı, Səlahəddin Əkbər arasındakı sonuncu qardaş davalarını da qeyd etməklə düşərgədəki "doğmalar" savaşının hələ də bitmədiyinə əmin olmaq olar. Bir məntiqsizlik isə ondan ibarətdir ki, bu şəxslər normal həyatda qardaşdırlar və onların arasındakı münasibətlər müxalifət düşərgəsinə gələnə qədər çox normal və səmimi hisslərlə əhatə olunub. Amma iki doğma qardaşın eyni anda müxalifət düşərgəsinə ayaq basması birmənalı şəkildə münaqişə, mübahisə ən sonda isə qanlı düşmənçilik deməkdir. Bununla müxalifət öz riyakar xidmətlərini və dərinliklərində olan çirkinliyi göstərməklə yanaşı, digər bir aspektdən doğmaların nəyi bölə bilməməsi məsələsi hələ də açıq qalır. Əgər doğrudan da, müxalifət düşərgəsində bu gün doğma qardaşları bir-birinə qarşı qoya biləcək tendensiyalar aşılanırsa və onlar hansısa bir gözəgörünməz qüvvənin tilsimi ilə ani bir məqamda düşmən olurlarsa, buna nə ad vermək olar? Buna artıq cəmiyyət özü ad və qiyməti çoxdan verib. Odur ki, düşərgədə yenidən alovlanan, xüsusən də, ADP sədri S.Cəlaloğlu ilə qardaşı Q.Məmmədov arasındakı yeni münaqişələr birmənalı şəkildə cəmiyyət qınaq obyektinə çevrilməkdədir. Çünki müasir Azərbaycan cəmiyyəti müxalifətin bu cür gerilikçi və ikrah hisslər aşılayacaq təcrübəsindən birmənalı şəkildə imtina edib. Onlar öz mövcudluqlarını cəmiyyət adına bağlasalar belə, sərdarlar və qurbanlar çox gözəl bilirlər ki, qardaşlar və bacılar arasındakı müxalifət şousu cəmiyyəti qətiyyən maraqlandırmır. Əgər doğrudan da, S.Cəlaloğlu ilə Q.Məmmədov qardaşlar arasındakı münasibətlərinə görə şou yaradıb gündəmdə qalmaq istəyirlərsə, o zaman zəhmət çəkib Afrika qitəsindəki ən geridə qalmış ölkələrdən birinə ezamiyyətə getsinlər. Bəlkə onların teatr səhnələrinə orada tamaşa edən biləcək öz təfəkkürlərində birilərini tapa bildilər. İndiki şəraitdə isə onların bu qondarma tamaşalarına ancaq öz "auditiriyaları" baxa bilir. Doğrudan da, onlar bu cür dırnaqarası əməlləri ilə inteqrasiya haqqında düşünürlərsə, o zamanda qeyd etdiyimiz ünvanlara müraciət etsinlər.


Tapdıq Qurbanlı

Digər xəbərlər