PDF Oxu

Müxalifət

  • 41

Əli Kərimovla Eynulla Fətullayevin gizli görüşünün açıq tərəfləri

Əli Kərimovla Eynulla Fətullayevin gizli görüşünün açıq tərəfləri

Dünənə qədər bir-birinə düşmən gözü ilə baxan müxalifət düşərgəsinin iki yetkilisi arasında bu gün dırnaqarası səmimiyyət görünməkdədir. Söhbət, təbii ki, AXCP (i) sədri Əli Kərimovla yenicə özünə "İnsan Haqları Uğrunda" İctimai Hərəkat yaratmış Eynulla Fətullayevdən gedir. Bu iki şəxs haqqında söz-söhbət bir neçə gün öncə onlar arasında 4 saata qədər davam etmiş görüşdən sonra yaranıb.

Tərəflərin ilin-günün bu vaxtında hansı zərurətdən belə bir gərgin görüş keçirmələrinin əsil səbəbləri nə qədər gizlin saxlanılsa da, aşkara çıxan məqamlar ümumi məsələyə işıq salmış olub. Çünki Ə.Kərimovla E.Fətullayev arasında indiyə qədər elə də uğurlu bir əməkdaşlıq fəaliyyəti olmayıb. Onlar, hətta ayrı-ayrı vaxtlarda soyuq münasibətlərdə, kəskin prizmalarda da dayanıblar. Məhz belə bir məqamda isə, onların yenidən gündəmin nəbzini tutmağa hesablanmış gizlin görüşünün keçirilməsi də özlüyündə müəyyən suallar yaratmış olur. Çünki həm müxalifət daxilində, həm də onun çevrəsi xaricində mövcud olan rəy bundan ibarət idi ki, E.Fətullayev heç vaxt, Ə.Kərimova qarşı səmimi ola bilməz. Onlar arasındakı dərin fikir ayrılığı da bunun səciyyələndirirdi. Amma heç də hər şey düşünüldüyü kimi olmadı. Tərəflər olduqca "səmimi" bir şəraitdə müzakirələr quraraq 4 saata qədər "bir yerdə" olmağı bacardılar. Onlar bu görüşləri ilə nəyin və necə müzakirə olunmasından asılı olmayaraq, hər halda, olan oldu. Bu, bir tərəfdən müəyyən bir diqqət obyektinə çevrilmiş olsa da, digər bir yandan təəccüblə qarşılanacaq dərəcədə də şok olay deyil. Çünki müxalifətin psixologiyasında belə hallara rast gəlmək çox da çətin olmur. Belə ki, onlar dünənə qədər bir-birinə az qala güllə atacaq səviyyəli münaqişələr prizmasından xoşsifət olmağı da bacarırlar. Hansı zərurət onları buna vadar edir. Bu, başqa bir söhbətin mövzusu olsa da, xırda bir arayışla məsələnin mahiyyətinə aydınlıq gətirmək mümkündür. O da, mümkünldür ki, qeyd olunan görüşdə iştirakçı olmuş hər iki tərəf birbaşa xarici donorların təsiri altındadır. Onların müstəqil qərar vermək və yaxud addım atmaq imkanları sıfır səviyyəsindədir. Güman ki, bu məlum görüşdə, həmin donorların birmənalı olaraq, göstərişi ilə baş tutub. Sadəcə olaraq, maraqlı və ikrah doğrucu hal odur ki, müxalifət düşərgəsində, görəsən, bundan sonra da, dediyi ilə əməli üst-üstə düşməyən şəxsə rast gəlinəcəkmi?

Çünki bir qədər arxaya dönüb baxsaq, indi səmimi görüşündən bəhs etdiyimiz Ə.Kərimovun E.Fətullayev tərəfindən zaman-zaman dırnağından başına qədər tənqid və təhqir hədəfinə çevrildiyini görmək mümkün olar. E.Fətullayev tabeçiliyində olan mətbuat ruporlarında AXCP (i) sədri Ə.Kərimovu ən sərt formada tənqid və təhqir etməklə yanaşı, ümumi müxalifət düşərgəsinə həmişə yuxarıdan aşağı baxırdı. E.Fətullayev müəyyən dövrlər xarici donorların ayırmış olduğu maliyyə imtiyazlarından həvəsə düşərək hətta başından böyük iddialarla da çıxış edir, nəinki müxalifəti heç onun bu gün əl sıxdığı liderlərini belə saya salmırdı. Amma bu gün onların bəziləri ilə qarşılıqlı əməkdaşlıq haqqında xəyallar qurur, iddialarını ortaya qoymağa çalışır. Deyəsən, onların bir yerdə olması üçün verilən tapşırığı icra etməyin vaxtı çoxdan çatıb.


R.Hüseynova

Digər xəbərlər