PDF Oxu

Müxalifət

  • 33

Əli Kərimovun müxalifətçilik etməsində kimlər maraqlıdır?

Əli Kərimovun müxalifətçilik etməsində kimlər maraqlıdır?

Bütün fəaliyyəti boyu xalqımızın və dövlətimizin milli maraqlarına zərbə vurmaq kontekstində dayanaraq, bu hərəkətlərinə istədiyi formada ad qoymağa çalışan, AXC-ni parçalayaraq, bir naçə qola ayıran, xəyanət və riyakarlıqda xüsusilə seçilən AXCP (i) sədri Əli Kərimovun hansı səbəblərə görə müxalifətçiliklə məşğul olmasının gizlinləri aşkara çıxır. Bu həqiqəti bilmək və olanları daha aydın şəkildə görmək üçün onun keçmişi ilə bugünü arasında qısaca təhlil aparıb konkret nəticəyə gəlmək bir o qədər də çətin deyil.

Nəzərə almaq lazımdır ki, Ə.Kərimov AXC-Müsavatın yarıtmaz hakimiyyəti illərində dövlət müşaviri işləyib və bu fəaliyyəti müddətində olduqca böyük yanlışlıqlara yol verib. Təsadüfi deyil ki, o, bu cür əməlləri üstündə özünün "lider"i hesab etdiyi Əbülfəz Elçibəy tərəfindən dəfələrlə tənqid və təhqirlərə məruz qalıb. Bu həqiqətləri bir neçə gün öncə BAXCP sədri Qüdrət Həsənquliyevlə AXP üzvü Pənah Hüseynov arasındakı məlum qalmaqalda da səslənib. Elə bu müstəvidə də, zaman-zaman özlərinə hörmət qoymaq istəyən və cəmiyyətin hiddətindən qorunmağa çalışanlar Ə.Kərimovdan həmişə uzaq qaçmağa çalışıblar. Çünki bugünə qədər onun yanında olanlar bu və ya digər formada özlərini lazımınca çirkaba batırıblar. Odur ki, bugünkü real müxalifət adlandırılan dırnaqarası kütlə yığını Ə.Kərimovdan qurtulmağa çalışır. Amma nə etsə də, bunu bacarmır ki, bacırmır.


Dostu Azər Əhmədov, Ruslan Bəşirli, Qabil Məmmədrzayev olanın adı Əli Kərimov olmalıdır


Siyasi müstəvidə heç bir zaman özünə mövqe və yer tutmağı belə bacarmayan, partiya sədriyəm deyə-deyə kiçik bir quruma ofis tapıb onu idarə də bilməyən Ə.Kərimov niyə bacarıq və imkanlarından həmişə böyük danışır? Onu danışdıran və hərəkətə gətirən gözəgörünməz qüvvə harasındadır ki? Çox maraqlıdır ki, Ə.Kərimov bu və ya digər şəkildə istənilən bir ofisdə partiyasının məskunlaşmasını təmin edə bilər. Əgər bacarsa! Amma o, nədənsə artıq neçə ildir ki, bunu etmir. Günahını da tamam başqa-başqa yerlərdə axtarır. Əslində isə, haradasa bu ziddiyyətli tendensiyanın bir səbəbi olmalıdır. Xırda bir araşdırma və prosesləri əvvəldən axıra qədər izlədikdə, məlum olur ki, Ə.Kərimov özünə konkret məkan seçməməklə başqa məqsəd güdürmüş. O kriminal aləmə, öz bildiyi işlərə daha yaxın olmaq üçün həmişə fərqli-fərqli ünvanlarda lövbər salırmış. Əgər onun ətrafında olanların ardıcıl olaraq kimliklərinə, yəni Azər Əhmədovun "əməllərinə", Qabil Məmmədrzayevin "prinsiplərinə", Ruslan Bəşirlinin "xislətinə" nəzər saldıqda, dostu Əli Kərimov olanların nə yuvanın quşu olduqların bəlli etmək çox da çətin görünmür.


Doğmalarını da maraqlarına qurban verməyə hazırdır...


Sonuncu cəbhəçi, yəni Mirzə Sakitin Ə.Kərimova və "doğma" qardaşı Qənimət Zahidə od püskürərək, AXCP (i)-dən nümayişkaranə şəkildə istefa verməsi, əslində, hər şeyin bütün çılpaqlığı ilə aşkara çıxması demək idi. Çünki bu, əsil faciənin görünən tərəfi idi ki, insan maraqlarına görə doğmalarını necə və niyə qurban verə bilər. Fakt odur ki, bu baş verdi və Ə.Kərimova görə məhbus həyatı yaşamış şəxsin taleyi də onu qətiyyən narahat etmədi. Hətta M.Sakitin 4 övladının zəruri ehtiyaclarının olduğu bir şəraitdə onu çalışdığı "Azadlıq" qəzetindən uzaqlaşdıran Ə.Kərimov mənəvi kimliyini də isbat etmiş oldu.


Tapdıq Qurbanlı


Digər xəbərlər