PDF Oxu

Müxalifət

  • 42

Düşənbədə Azərbaycan ədəbiyyatı guşəsinin yaradılmasına dair razılıq əldə olunub

Düşənbədə Azərbaycan ədəbiyyatı guşəsinin yaradılmasına dair razılıq əldə olunub

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, Düşənbədəki "Baktriya" Beynəlxalq Mədəniyyət Mərkəzində (BMM) Azərbaycan ədəbiyyatı guşəsinin yaradılmasına dair razılıq əldə olunub. Qeyd edim ki, BMM 2001-ci ildə yaradılmışdır və müntəzəm olaraq rəsm, fotosərgiləri, müxtəlif müsabiqələr, konsert, seminar, konfranslar keçirir, dil kursları təşkil edir. Artıq burada İngiltərə, Almaniya, İran və Türkiyə ədəbiyyatı guşələri fəaliyyət göstərir.

Bu günlərdə ölkəmizin Tacikistandakı səfirliyi BMM-ə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasəti ilə bağlı nəşrlər, Heydər Əliyev Fondunun nəşr etdiyi kitab və kitabçalar, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti ilə əlaqədar materiallar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ermənilərin işğalçılıq siyasətindən bəhs edən kitablar, səfirlik tərəfindən 2011-ci ildə Düşənbədə tacik, rus və ingilis dillərində çap olunmuş broşürlər verilib. Nəşrlər arasında akademik Ramiz Mehdiyevin, professor Əli Həsənovun və digər müəlliflərin kitabları, eyni zamanda, şair və yazıçılarımızın əsərləri də yer alıb.

İran işğalçıya dəstək verən dövlətdir

İran islam həmrəyliyinə böyük zərbə vuraraq Ermənistana yardım göstərir

İran siyasətinin dəsti-xətti həmişə yeni-yeni təxribatlar axtarmaqdan ibarətdir. Bir tərəfdən İran İslam Respublikası islam həmrəyliyindən bəhs edir, digər tərəfdən işğalçı dövlət Ermənistanı müdafiə edir, ona maddi yardım göstərir. İranın Azərbaycana qarşı qurulan oyunları, anti-təbliğatı düşünülmüş ssenaridir. Ölkəmizə qarşı bu cür qərəzli mövqe İranın yalnız rəsmi dairələrindədir, əslində isə, İran xalqının mövqeyi Azərbaycan dövlətinə qarşı qətiyyən mənfi deyil. Təbii ki, İran dövlətinin belə bir ədalətsiz mövqe sərgiləməsi yalnız öz milli və dövlətçilik maraqlarına zərbə ola bilər.

Qabil Hüseynli,

politoloq:


- Zənnimcə, İran İslam Respublikasının son dövrlərdə ambisiyaları artıb. İran dövləti çox yaxşı bilir ki, onun ətrafındakı həlqə artıq daralmaqdadır. Və bununla əlaqədar olaraq, İran ətrafındakı bəzi dövlətləri, ilk növbədə də, Azərbaycanı bir növ onunla həmrəy olmağa vadar etmək istəyir. Məsələn, Dağlıq Qarabağ probleminin çözülməsində vasitəçi olmaq iddiası, bölgədə guya "müsəlman həmrəyliyi"ni möhkəmləndirən bir birliyin yaradılmasına nail olmaq və s. İranın bu kimi oyunları sırf bu dövlətin hegemonluğu altında bəzi müsəlman dövlətlərini birləşdirməyə cəhddən başqa bir şey deyil. Və İran İslam Respublikası, konkret olaraq, Azərbaycanı bəzi məsələlərdə "ittiham" etməyə çalışır.

Əslində, İran din pərdəsi altında siyasi məzhəkələr qurur. Azərbaycanla İran arasında olduqca böyük fərq var. Azərbaycan dünyəvi-hüquqi dövlətdir. Və dünya baxışlarına, iqtisadi imkanlarına, potensialına, uğurlu siyasi xəttinə görə İrandan çox fərqlənir. Amma bu gün İranda bu uğurların, nailiyyətlərin heç biri yoxdur. Bu dövlətin müəyyən dairələri çalışırlar ki, Azərbaycanda islamı siyasiləşdirsinlər və siyasi islamı bir növ müəyyən hədəflər uğrunda mübarizəyə qoşsunlar. Bunun isə, təbii ki, Azərbaycan dövləti tərəfindən qarşısı alınır. Çünki dövlətin ən öndə duran vəzifələrindən biri də özünün mövcudluğunu qorumaqdır. İranı narahat edən odur ki, guya Azərbaycan Amerikanı "əzizləyir". Söhbət Azərbaycanın maraqlarına uyğun olaraq, xarici neft şirkətləri ilə imzalanmış kontraktlardan və Azərbaycanın Xəzər dənizindəki neft fəaliyyətindən gedir. İran dövlətinin Azərbaycanın möhkəmlənməsini, güclənməsini istəmir. Və buna görə də, İran Azərbaycana qarşı lazımsız böhtanlar atır. Bu böhtanlardan biri də odur ki, guya Azərbaycan iddia edir ki, biz İsraili ölkənin ərazisinə buraxmışıq və İsrail də dinləmə cihazları vasitəsilə İranı dinləyir. Gerçəklikdə isə, qətiyyən belə bir şey yoxdur. Bu, İran tərəfdən Azərbaycana qarşı növbəti qara piar kampaniyasıdır. Demokratik Azərbaycan dövləti heç zaman belə addımlara yol verməz. Bu gün İran İslam Respublikasının mətbuat səhifələrində, siyasi dairələrində Azərbaycan əleyhinə reallıqla heç bir əlaqəsi olmayan müxtəlif ideyalara rast gəlmək olar. Və bu ideyalar, əslində, bir çoxları tərəfindən çox ehtiyatsız bir formada istifadə edilərək dövlətlərarası münasibətlərə daha ciddi zərbə vurur. Zənnimcə, iki ölkə arası münasibətlərdə əvvələr hökm sürmüş yaxın qonşuluq və mehriban dostluq münasibətlərinin bərqərar edilməsinə ehtiyac var. Təəssüf ki, son zamanlar məhz İran tərəfinin məsuliyyətsiz hərəkətləri ucbatından İran və Azərbaycan arasında soyuq küləklər əsir. Bu gün İran dövlətində şiədən, şiə həmrəyliyindən geniş bəhs olunur. Lakin İran uzun müddətdir ki, Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş Ermənistanla iqtisadi əlaqələrə gedir, dostluq münasibətləri qurur. Əgər İranın təcavüzkar ölkəyə yardımı olmasaydı, Ermənistan çoxdan məhv olmuşdur. Azərbaycanı əsassız yerə ittiham edən İran, əslində, islam həmrəyliyinə böyük zərbə vuraraq Ermənistana yardım göstərir. İran İslam Respublikası öz siyasi dəsti-xəttində bunu mütləq nəzərə almalıdır.

AYLANA RZAYEVA

Digər xəbərlər